Kompyuterlə işləyən zaman görmənin qorunması üçün məsləhətlər.
- Kompyuterin monitoru yüksək xarakteristikaya icazə verməlidir, imkan daxilində ekrana düşən işıltını istisna etmək lazımdır.
- Əlavə işiqlandırma olmadan, qaranlıqda kompyuterlə işləmək tövsiyə olunmur. Ekranın və ətraf mühitin işıqlanması arasında böyük kontrast olmamalıdır. Ekranın və ətrafın işıqlanması eyni olmalıdır.
- Ekranın monitoru pəncərələrə nisbətən gözlərdən 20o düz bucaq altında aşağı olmalıdır, tam gözlərin önündə yox (ekranda işıltıların əmələ gəlməsini istisna etmək üçün).
- Monitorun ekranı ilə gözlər arasında məsafə 40-75 sm olmalıdır.
- Ümumi işıqlandırma çox parlaq olmamalıdır. Komyuterlə həddən artıq işləmək onsuz da gözlərdə olan zəifliyi daha da artırır. Ən vacibi uşaqların kompyuter arxasında fasiləsiz keçirdikləri vaxtı məhdudlaşdırmaqdır. Uşaqlara hər 15-30 dəqiqədən bir fasilə etmək, böyüklərə isə 1 saatdan bir fasilə məsləhətdir.
Komyuter gigiyenası
Kompyuter və videomonitor olan otaqlar kifayət dərəcədə geniş olmalı, mikroatmosfera daim təzələnməlidir. Bir videomonitora düşən sahə 9-10 m2olmalıdır.
Kompyuterin monitoru ilə fasiləsiz işləmə müddəti aşağıdakı vaxtı keçməməlidir:
- 1 sinif şagirdlərinə (6 yaş) – 10 dəq.
- 2-5 sinif şagirdlərinə - 15 dəq.
- 6-7 sinif şagirdlərinə - 20 dəq.
- 8-9 sinif şagirdlərinə -25 dəq.
- 10-11 sinif şagirdlərinə 1 dərs saatında – 30 dəq, 2–də - 20 dəq.
- 10-11 sinif şagirdlərində informatika hesabat fənnləri həftədə 2 dərsi keçməməlidir,digər siniflər üçün kompyuter istifadə olunan dərslər həftədə 1 dəfə.
Məktəbəqədərki müəssisələrdə zehni inkişaf etdirən kompyuter proqramları 5 yaş uşaqlar üçün 7 dəq, 6 yaş üçün 10 dəq. olmalıdır.
Kompyeter oyunları olan dərslər uşaqların işqabliyyətı daha yüksək olan günlərdə həftədə 2 dəfə olmalıdır, çərşənbə axşamı, çərşənbə, cümə axşamı. Dərslərdən sonra gözlərin gimnastikasını keçirtmək lazımdır. Yuxudan 1 saat əvvəl kompyuter oyunları məsləhət deyil.
Uşaq otağının pəncərəsi cənub – şərqə açılmalıdır.Gözlə işin keyfiyyətin artırmaq üçün masanı elə yerləşdirmək lazımdır ki, işıq soltərəfdən düşməlidir, gözlə kitabya dəftər arasındaki məsafə 40 sm-dən az olmamalıdır.
Çox vaxt təbii işıqlandırma kifayət etmir, süni işıqlandırmadan da istifadə etmək lazımdır.
Çox yükləmə tələb edən məşğələlər zamanı arada istirahət (15-10 dəq) lazımdır və göz üçün hərəkətləri etmək məsləhət görülür.
Göz üçün hərəkətlər
- Gözləri 3-5 saniyə bərk sıxın. 6-8 dəfə təkrar edin.
- 1-2 dəq. ərzində tez-tez gözləri qırpın.
- Hər iki əlin 3 orta barmağı ilə üst göz qapaqlarını 2 saniyə sıxın. 3-4 dəfə təkrar edin.
- Başı tərpətmədən yuxarı, aşağı, sağa, sola baxmalı. 5-10 dəfə təkrar edin.
- Gözləri dairəvi hərəkət etdirin: aşağı, sağa, yuxarı, sola və əks istiqamətdə.
4 və 5-ci hərəkətləri nəinki açıq, həmdə bağlı gözlərdə 3-4dəfə 1-2 saniyə ara ilə təkrarlayın.
Bu hərəkətlər gözlərdəki yorğunluğu aradan qaldırırvə qan dövranını yaxşılaşdırır.
Miopiya (uzaq görmə) zamanı akkomodasiyanı məşq etdirmək üçün evdə hərəkətlər.
“Şüşədə nişanə”
- Uşaq (ona təyin olunan eynəklərdə) pəncərədən 35-40 sm aralı dayanır. Şüşədə onun gözləri ilə bir səviyyədə flomasterlə 3-5 mm ölçüdə nişanə qoyulur.
- Nişanədən arxada hər hansı kiçik bir predmet tapır, əvvəl nişanəyə sonra o predmetə 5 san. ərzində baxır.
- İlk 2 gün hər hərəkət 3 dəq. Davam etməli, sonra 2 gün -5 dəq., qalan günlər 7 dəq. olmalıdır.
- Hərəkətlər 15-20 gün ərzində gündə 2 dəfə yerinə yetirilir.
- Belə hərəkətlər ayda 10-15 gün fasilə verməklə təkrarlanır. (tətillər istisna olmaqla bütün dərs ili boyu).