Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazliği nəticəsində qanda qlukozanın xroniki artımı ilə muşahidə olunur. Diabetdə karbohidratlaın, zülalların ve yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabet, xroniki insulin çatışmamaziığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zulal ve yağ mubadiləsində iştirak edir. Karbohidrad mubadiləsinə insulin, qlükozanin orqanizmin hü3ceyrələrinə daxil olmasi ilə, qlükozanin orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə ve qlukoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohidratlarin parçalanmasının qarşısını alır. Zülal mubadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən ve zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozani yağ hüceyreələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hüceyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altinda natrinin hüceyrələrə daxil olması güclənir. Insulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. Insulin hasil edən Langerhans adacıqlarının mədə altı vəzdə autoimmun proseslərin dağılması, insulin hasilinin çatışmamazliğını əmələ gətirir .İnsulin çatişmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranir. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-e qədər azalır ve ya tam sıradan çıxırlar.
2-ci tip şəkərli diabet insulin təsirinin pozulmasi və/və ya insulinin çatişmamazlığı nəticəsində əmələ gəlir. Qanda insulinin normal ve ya artiq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslğının olmaması, insulinin tə'sir edə bilməməsi insulin rezistentlik adlanir
1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə gorə bolunur:
• autoimmun şəkərli diabet
• idiopatik şəkərli diabet
Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən huceyrələrini zədələyən antitellər yaranir. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur.
1-ci tip idiopatik şəkərli diabetin səbəbləri məlum deyildir.
2-ci tip şəkərli diabetin əmələ gəlmə səbəbləri irsi meillilik və xarici faktorlardır. Irsi meillilik vacib rol oynayır, lakin muhum əhəmiyyət kesb edən xarici mühit faktorlarıdır.
Sadalanan faktorlara baxaq:
• Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.
• Piylənmə. Bədən çəkisinin artıqığı və piy toxuması miqdarının, xüsusi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həsassalığını azaldır ki, buda şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.
• Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratı ve selluloza çatışmamazlğı olan qidaların qəbulu piylənməyə ve şəkərli diabetin artmasına gətirib çixarır.
• Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkşafına şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə hesaslğını azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonları, sidikqovucu preparatlar, xususi ile tiazid diuretikləri, bezi hipotenziv preparatlar ve şişə qarişı dərman maddələri aiddir.
• Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradir.
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasinda olması norma sayılır. Qlükozanın miqdarının acqarına 110 mq%-dən yuxari olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı ve lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli ve qanda qlikohemoqlobin təyin olunmalıdıir.
Diabet xəstəliyi ümumi xəstəlik olduğundan orqanizmin hər bir hissəsində, hər bir orqanında əlamətlər biruzə verir. Əsasən sinir hüceyrələrini, ürək, böyrək və gözü zədələyir. Gedişatına görə I tip (özünü tez biruzə verir) və II tip (özünü gec biruzə verir) şəkər xəstəliyi olur.
Xəstəliyin əlamətləri:
- Ani və ya tədricən görmənin itməsi
- Uçuşan qara nöqtələr hissiyatı
- Görüşün pərdələnməsi
- Görmə sahəsində qaranlıq bölgələrin yaranması
I tip şəkər xəstəliyi diaqnozu qoyulandan 5 il sonra göz əlamətləri yaranır, amma II tip şəkər xəstəliyinin diaqnozu qoyulmuş olanda artıq göz əlamətləri başlamış olur. Ona görə belə xəstələr hər 6 aydan bir göz müayinəsində olmalıdırlar. Xəstəliyin tipindən asılı olmayaraq şəkər xəstəliyi zamanı damar keçiriciliyi pozulduğundan damarlar şəklini dəyişir,menfəzi tıxanır və gözdə qidalanma pozulur, retinanın daxiline maye və yağ toplanmağa başlayır. Sonradan kövrəlmiş ve genəlmiş damarların divarı cırılır və qanamağa başlayır, bu səbəbdən göz içinin şəffaf mühiti bulanır. Qidasız qalan retinada yeni damarlar əmələ gəlməyə başlayır və bu yeni damarlar daha çox qanamağa meylli olur. Bu prosesin davamı olaraq yeni damarlar bəzən qüzehli qişaya da keçir,nəticədə, göz daxili təzyiq artır və ikincili neovaskulyar qlaukoma yaranir. Bu da öz növbəsində dayanılmaz gözdə ağrılar verə bilir.
Diabetik retinopatiya; qeyri-proliferativ diabetik retinopatiya ve proliferativ retinopatiya olaraq 2 mərhələyə sinifləndirilir.Qeyri proliferativ diabetik retinopatiya ( NPDR) retinada-yəni torlu qişada yeni damarların ( NV )əmələ gəlməsi ilə daha ağır mərhələ olan proliferativ diabetik retinopatiyaya ( PDR ) keçir.
Ümumiləşdirsək şəkərli diabetdə gözdəki dəyişikliklərə bunlar aiddir-mikroanevrizmalar,sərt və yumşaq eksudatlar ,tünd rəngli retina içi qanamalar ,intraetinal mikrovasküler anomaliyalar ,venoz damarlarda yaranan dəyişikliklər, əsasən arxa qütübdə olan vaskulopatiyalar. Görmənin itirilməsinin səbəbləri isə qısaca qeyd etsək-retina qanamaları,macula işemiyası,diabetic makulyar ödem, traksional retina qopması , büllurun ödemi. Diabetik retinopatiyanı sürətləndirən səbəblərə aiddir- yüksıək qan şəkəri, yüksək Hba1c,yüksək qan təzyiqi, xəstəliyin müddəti ,nefropatiya və hiperlipemi.
MÜALİCƏ
- Endokrinoloqun nəzarəti altında qanda şəkəri stabil saxlamaq
- Retinaya yığılmış su və yağ toplantılarının sorulması üçün gözə iynələrin anti-VEGF faktorların vurulması ( AVASTİN,LUCENTİS, EYELEA ve s)
- Yeni damarların yaranmasını əngəlləmək üçün torlu qişada lazer müalicəsi ( ARGON LAZER FK - GRİD,FOKAL,PRP lazer)
- bulanmış göziçi mühitin təmizlənməsi üçün vitreoretinal əməliyyat
- Pozulmuş qidalanmanı bərpa etmək üçün oksigen barokamerası
DİQQƏT- şəkərli diabetin fəsadı olan diabetik retiniopatiya göz xəstəlikləri arasında ən çox görmə əlilliyi və korluq verən xəstəlikdir.
Şəkərli diabetdə göz daxilində baş verən dəyişikliklər
.
Göz içi anti-VEGF iynələrin vurulması
Şəkərli diabetdə gözdə lazer müalicəsindən sonra yaranan lazer spotlarının görüntüsü