info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Dermatoloq - dəri, saç və dırnaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir.

Dermatoloq həkimə dermatit, akne, ekzema, psoriaz, dırnaqda göbələk xəstəlikləri, seboreya və bu kimi xəstəliklərlə bağlı müraciət etmək vacibdir.

Dermatoloqun əsas vəzifəsi - dəri xəstəliklərinin müalicəsidir. Bu ixtisaslı həkimlər həmçinin dəridə yaranan şişlərlə də məşğul olur. Bizim ən böyük orqanımız olan dərinin  - birbaşa ətraf mühitin təsirinə məruz qalması ilə əlaqədar bir çox dəri xəstəlikləri mövcuddur ki,onların da müalicəsi ilə məhz dermatoloq məşğul olur.

Dermatologiyanın özündə məsələn,  bədxassəli şişlərin müalicəsi ilə məşğul olan dermatoonkologiya kimi daha konkret ixtisaslaşdırılmış sahələr var. Dermatoallerqologiya öz növbəsində yalnız  selikli qişa ilə məşğul olur.

Kosmetik sahədə dermatologiya yenə də bütün növ dəri qüsur və çatışmazlıqların müalicəsi ilə məşğul ola bilər.Dermatologiya kimi heç bir sferanın bu qədər xüsusi istiqamətləri yoxdur. Demək olar ki,  hər kəs gec-tez bir dermatoloqu ziyarət etmək məcburiyyətində qalır. Həkim müayinəsini sonraya saxlamaq  olmaz. Beləki ozon dəliklərinin  genişlənməsi ultrabənövşəyi şüaların insanlara ,o cümlədən, onların dərilərinə təsirini yalnız artırır.

Buna görə də, dərinin vəziyyəti və ya  qeydi-adi hallara görə tərəddüd və ya şübhə yaranarsa, mütləq həkim tərəfindən müayinə olunmalıdır. Bundan əlavə, dəri xərçəngi xəstəliyinin qarşısının alınması məqsədilə dermatoloq tərəfdən profilaktik müayinələr tövsiyə olunur.

İlk növbədə bu risk qrupuna solyariumda günəş vannaları qəbul etməyi sevən insanlar daxildir. Unutmayın ki,eyni zamanda günəşin təsiri altında dərinin qocalma prosesi sürətlənir. Bu da dermatoloqu ziyarət etmək üçün mühüm səbəbdir.

Özünüzü dəri xəstəliklərindən qorumaq bir o qədər də çətin deyil. Heç bir halda unutmaq olmaz ki, dəri - bütün bədənin qoruyucu sərhədidir. Digər hallarla yanaşı, siqaret çəkməyi buraxmaq, həmçinin, balanslaşdırılmış qidalanma vasitəsilə dəriyə kömək etmək olar. Həmçinin kifayət qədər maye qəbul etmək lazımdır. Solyariuma getməkdən çəkinmək, günəş vannalarının qəbulunu məhdudlaşdırmaq və daha çox diqqəti dərini cavanlaşdıran prosedurlara yönəltmək məsləhətdir.Əgər bu sadə göstərişlərə əməl etsəniz, Siz özünüzü gözəl dəri ilə təmin etmiş və dəri xəstəliklərinin yaranma imkanını maksimum azaltmış olarsınız.