info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Nevroloq - çox tələb olunan həkim ixtisasıdır. Kim yuxu pozuntusundan heç vaxt  əziyyət çəkməyib?Yaxud başgicəllənmə və ya onurğa nahiyyəsindəki ağrıdan? Yəqin ki, bele bir adam tapmaq çətindir. Belə zahirən kiçik görünən əlamətlər sinir sistemində əmələ gələn problemlərin ilk əlamətləri hesab olunur.

Məhz həkim nevroloq xəstəliyin nə qədər dərinə getdiyini, yaranma səbəblərini və onunla mübarizə üsullarını aydınlaşdırmalıdır.Həkim -nevroloqlar müalicəni dərman preparatları ilə olduğu kimi, həm də ən müxtəlif ənənəvi fizioterapiya və qeyri-ənənəvi üsulların köməyi ilə də həyata keçirirlər.

Müasir nevrologiyanın istiqamətlərindən biri  sinir sisteminin damar xəstəliklərinin diaqnoz və  müalicəsidir. Bədənin heç bir orqanı zəif qan təchizatı iə fəaliyyət göstərə bilməz. Bu xüsusilə beyinə aiddir. Oksigenin az belə çatışmazlığı beynin zərif hüceyrələrində proseslərin pozulmasına gətirib çıxarır.

Bu mütəxəssilərin sahəsinə nevrologiya, nevroz, depressiya, menecer sindromu, epilepsiya, yuxu pozuntusu, sinir pozuntusu, sinir dik atılmaları, qansızmasından sonra terapiya və reabilitasiya, sinir amiotrofiyası, ağır miqren və osteoxondroz aiddir. Bu cür  xəstəliklərin müalicəsində masaj, iynə terapiyası, əl terapiyası, fizioterapiya, eləcə də dərman preparatlarının köməyilə ilə həyata keçirilən blokada kimi üsullar çox effektivdir.

Blokadaları bugün bir neçə növdə edirlər:bu dərman preparatlarının tətbiq edilmədiyi peridural və tunel blokada və infiltrativ blokada.