info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Otolarinqoloq - qulaq, qırtlaq, boğaz və burun xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan həkimdir. Bəzi hallarda otolarinqoloq cərrahi əməliyyatlar keçirir.


Antibakterial məhsullardan, dərmanlarsız müasir  müalicə üsullarından geniş istifadə olunmasına baxmayaraq, insanların LOR  - orqanlarının patoloji xəstəliklərinin sayı azalmır.

Həkim -  otolarinqoloq (LOR) müayinə edib lazımi analizləri,  rentgen tədqiq üsulunu, digər instrumental və funksional tədqiq üsullarını təyin edəcək, səmərəli terapiya seçəcəkdir (antibiotiklər, fizioterapiya və digər müalicə üsulları).

Əgər sizi eşitmə qabiliyyətinin pisləşməsi, qulaqda ağrı və diskomfort, başgicəllənmə, qulaq keçidindən seliyin axması, alın  və burun nahiyyəsində ağrılar, burun axıntısı, burnun tutulması, boğazda qıcıqlanma və ağrı, ağrılı və ya çətin udqunma, səs batıqlığı, boyun limfa düyünlərinin genişlənməsi, qırtlağın divarlarında olan limfa toxumalarında  ağımtıl ərpin yaranması narahat edirsə,  mütləq təxirəsalmadan otolarinqoloqa müraciət edin.

Bizim həkimlər  böyüklər və uşaqların müxtəlif növ LOR - orqan xəstəliklərinin diaqnoz və müalicəsi üzrə çox geniş kliniki təcrübəyə malikdir.