info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Pediatr – həkim-terapevt, uşaq xəstəlikləri üzrə mütəxəssis.

Pediatriya uşaq xəstəlikləri, uşaq orqanizminin anatomiyası və fiziologiyasını öyrənir, profilaktika və müalicə üsullarını işləyib hazırlayır.
Nəticədə uşaq həkimi pediatriyanın uğurlarını təcrübədə istifadə edir.

Müasir uşaq tibbi özündə ümumi tibbə xarakterik olan bir çox istiqamətləri birləşdirir: terapiya, cərrahiyyə, kardiologiya, hemotologiya, onkologiya və s.
Pediatr terapiyaya cavabdehdir .O, xəstələnmiş uşaqları müayinə edir, diaqnoz qoyur, müalicə təyin edir və resept yazır. Sonra isə nəticələri qiymətləndirir: yenidən müayinə edir, xəstə və valideynlər ilə danışır.

Lakin pediatrın qəbuluna getmək  - sağlam olsa belə, hər bir balaca uşağın həyatının vacib hissəsidir. Pediatr - ümumiyyətlə hər bir şəxsin həyatında ilk həkimdir, çünki xəstəliklərin qarşısını xüsusilə uşaqlıqda almaq çox vacibdir. Amma əgər artıq bu baş veribsə, ilk əlamətlərini vaxtında aşkarlamaq lazımdır. Körpə öz sağlamlığı haqqında danışa bilməz, lakin professional həkimə bu maneə ola bilməz.

Körpənin sağlamlığı ona düzgün və ya səhv qulluqdan, həmçinin həkimin gənc anaya verdiyi tövsiyyələr və ciddi xəstəliklərin vaxtında aşkar edəbilmə qabiliyyətindən asılıdır.

Bundan əlavə, pediatr uşağın inkişaf prosesinə nəzarət edir. Uşaqda hər hansı bir geriləmə olduğu halda, valideynlərin diqqətini bu problemin həllinə yönəldir.
Rusiyada poliklinikada işləyən hər bir pediatr yaşayış sahəsinə (orada yaşayan uşaqlarala) təyin olunur. Həkim xəstələrini nəinki öz kabinetində qəbul edir, həmçinin onları evlərində də ziyarət edir.
Pediatrlar müxtəlif yaş qrupu uşaq xəstələrlə işləyirlər.
Məsələn, neonatoloqlar - yalnız təzə doğulmuş, yəni 28 günə qədər körpələrlə məşğul olan həkimdir. Digər pediatrlar daha yaşı böyük uşaq və yeniyetmələrin müalicəsi üzrə ixtisaslaşırlar.