info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Həkim uroloq kişi və qadınlarda sidik-cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Uroloq tərəfindən təyin edilən müalicə xəstəliyin müddəti və ona laqeyd yanaşmasından asılı olaraq, həm dərmanlar ilə, həm də operativ ola bilər.

-------------------------------

Həkim uroloq kişi və qadınlarda sidik-cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Uroloq tərəfindən təyin edilən müalicə xəstəliyin müddəti və ona laqeyd yanaşmasından asılı olaraq, həm dərmanlar ilə, həm də operativ ola bilər.

Uroloqun müalicə etdiyi əsas xəstəlikləri nəzərdən keçirək. Ən geniş yayılan xəstəlik - sidik daşı xəstəliyidir, yəni, böyrəkdə daş və ya qumun olmasıdır. Bugünki gündə bu xəstəliyin yaranma səbəbləri ilə bağlı bir sıra nəzəriyyələr mövcuddur, lakin onların heç biri yüz faiz doğru deyil. Əgər əmələ gəlmiş daş kiçik ölçülüdürsə, onun böyrəkdən sidik axarına daxil olma ehtimalı var, bu da xəstəyə inanılmaz ağrı verir. Digərlərində isə bu daşlar heç bir əhəmiyyətli narahatçılıq yaratmadan kifayət qədər böyük ölçülü daşlara çevrilirlər. Daşların ölçüsü və digər faktorlardan asılı olaraq, həkim həm böyük miqdarda su qəbulu ilə dərmanlarla, həm də xüsusi ipin köməyilə daşı sidik kisəsindən çıxaran yarıəməliyyat ilə müalicə müəyyən edə bilər.

Pielonefrit uroloqların müalicə etdiyi daha bir xəstəlikdir.Bu xəstədə hərarət və bel nahiyyəsində ağrı ilə təzahür olunan böyrək iltihabı xəstəliyidir. Xəstəlik vaxtında müalicə olunmasa, cərrahiyyə əməliyyatına ehtiyac yarana bilər.

Sistit və ya sidik kisəsinin iltihabı özünü ağrılı sidiyəgetmədə büruzə verir. Bu xəstəlik daha çox qadınlarda cinsi orqanların xəstəliyi və ya soyuqdəyməsi zamanı rast gəlinir. Özünümüalicə sayəsində sistit sidiyi saxlamamaq, taz nahiyyəsində xroniki ağrı və digər xoşagəlməz və təhlükəli hallarla xarakterizə olunan xroniki xəstəliyə çevrilə bilər..

Buna görə düzgün müalicə almaq üçün vaxtında uroloqa müraciət etmək vacibdir.