info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Ümumi işıqlandırma çox parlaq olmamalıdır. Komyuterlə həddən artıq işləmək onsuz da gözlərdə olan zəifliyi daha da artırır. Ən vacibi uşaqların kompyuter  arxasında fasiləsiz keçirdikləri vaxtı məhdudlaşdırmaqdır. Uşaqlara hər 15-30 dəqiqədən bir fasilə etmək, böyüklərə isə 1 saatdan bir fasilə məsləhətdir.

-------------------------------

 

Kompyuterlə işləyən zaman görmənin qorunması üçün məsləhətlər.

  1. Kompyuterin monitoru yüksək xarakteristikaya icazə verməlidir, imkan daxilində ekrana düşən işıltını istisna etmək lazımdır.
  2. Əlavə işiqlandırma olmadan, qaranlıqda kompyuterlə işləmək tövsiyə olunmur. Ekranın və ətraf mühitin işıqlanması arasında böyük kontrast olmamalıdır. Ekranın və ətrafın işıqlanması eyni olmalıdır.
  3. Ekranın monitoru pəncərələrə nisbətən gözlərdən 20o düz bucaq altında aşağı olmalıdır, tam gözlərin önündə yox (ekranda işıltıların əmələ gəlməsini istisna etmək üçün).
  4. Monitorun ekranı ilə gözlər arasında məsafə 40-75 sm olmalıdır.
  5. Ümumi işıqlandırma çox parlaq olmamalıdır. Komyuterlə həddən artıq işləmək onsuz da gözlərdə olan zəifliyi daha da artırır. Ən vacibi uşaqların kompyuter  arxasında fasiləsiz keçirdikləri vaxtı məhdudlaşdırmaqdır. Uşaqlara hər 15-30 dəqiqədən bir fasilə etmək, böyüklərə isə 1 saatdan bir fasilə məsləhətdir.

Komyuter gigiyenası

Kompyuter və videomonitor olan otaqlar kifayət dərəcədə geniş olmalı, mikroatmosfera daim təzələnməlidir. Bir videomonitora düşən sahə 9-10 m2olmalıdır.

   Kompyuterin monitoru ilə fasiləsiz işləmə  müddəti aşağıdakı vaxtı keçməməlidir:

  • 1 sinif şagirdlərinə (6 yaş) – 10 dəq.
  • 2-5 sinif şagirdlərinə - 15 dəq.
  • 6-7 sinif şagirdlərinə - 20 dəq.
  • 8-9 sinif şagirdlərinə -25 dəq.
  • 10-11 sinif şagirdlərinə 1 dərs saatında – 30 dəq, 2–də - 20 dəq.
  • 10-11 sinif şagirdlərində informatika hesabat fənnləri həftədə 2 dərsi keçməməlidir,digər siniflər üçün kompyuter istifadə olunan dərslər həftədə 1 dəfə.

Məktəbəqədərki müəssisələrdə zehni inkişaf etdirən kompyuter proqramları 5 yaş uşaqlar üçün 7 dəq, 6 yaş üçün 10 dəq. olmalıdır.

Kompyeter oyunları olan dərslər uşaqların işqabliyyətı daha yüksək olan günlərdə həftədə 2 dəfə olmalıdır, çərşənbə axşamı, çərşənbə, cümə axşamı. Dərslərdən sonra gözlərin gimnastikasını keçirtmək lazımdır. Yuxudan 1 saat əvvəl kompyuter oyunları məsləhət deyil.

Uşaq otağının pəncərəsi cənub – şərqə açılmalıdır.Gözlə işin keyfiyyətin artırmaq üçün masanı elə yerləşdirmək lazımdır ki, işıq soltərəfdən düşməlidir, gözlə kitabya dəftər arasındaki məsafə 40 sm-dən az olmamalıdır.

Çox vaxt təbii işıqlandırma kifayət etmir, süni işıqlandırmadan da istifadə etmək lazımdır.

Çox yükləmə tələb edən məşğələlər zamanı arada istirahət (15-10 dəq) lazımdır və göz üçün hərəkətləri etmək məsləhət görülür.

Göz üçün hərəkətlər

  1. Gözləri 3-5 saniyə bərk sıxın. 6-8 dəfə təkrar edin.
  2. 1-2 dəq. ərzində tez-tez gözləri qırpın.
  3. Hər iki əlin 3 orta barmağı ilə üst göz qapaqlarını 2 saniyə sıxın. 3-4 dəfə təkrar edin.
  4. Başı tərpətmədən yuxarı, aşağı, sağa, sola baxmalı. 5-10 dəfə təkrar edin.
  5. Gözləri dairəvi hərəkət etdirin: aşağı, sağa, yuxarı, sola və əks  istiqamətdə.

4 və 5-ci hərəkətləri nəinki açıq, həmdə bağlı gözlərdə 3-4dəfə 1-2 saniyə ara ilə təkrarlayın.

Bu hərəkətlər gözlərdəki yorğunluğu aradan qaldırırvə qan dövranını yaxşılaşdırır.

Miopiya (uzaq görmə) zamanı akkomodasiyanı məşq etdirmək üçün evdə hərəkətlər.

“Şüşədə nişanə”

  • Uşaq (ona təyin olunan eynəklərdə) pəncərədən 35-40 sm aralı dayanır. Şüşədə onun gözləri ilə bir səviyyədə flomasterlə 3-5 mm ölçüdə nişanə qoyulur.
  • Nişanədən arxada hər hansı kiçik bir predmet tapır, əvvəl nişanəyə sonra o predmetə 5 san. ərzində baxır.
  • İlk 2 gün hər hərəkət 3 dəq. Davam etməli, sonra 2 gün -5 dəq., qalan günlər 7 dəq. olmalıdır.
  • Hərəkətlər 15-20 gün ərzində gündə 2 dəfə yerinə yetirilir.
  • Belə hərəkətlər ayda 10-15 gün fasilə verməklə təkrarlanır. (tətillər istisna olmaqla bütün dərs ili boyu).