info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55


 
 2013-ci  ildə dünyada 382 milyon şəkərli diabet xəstəsi qeydə alınıb. Azərbaycanda bu patologiya 200 000 insanda var  (bu ancaq dispanser qeydiyyatına alınmışların sayıdır). Bundan belə nəticə çıxarmaq olar ki, xəstənin sayı iki dəfə çoxdur və get-gedə artır. Ümumi dünya diabet federasiyasının ekspertlərinin rəyinə görə 2031-ci ildə diabet xəstələrinin sayı 600 milyona gəlib çatacaq, Azərbaycanda isə 320 min ola bilər.

-------------------------------


Şəkərli diabet hökm deyil!

Hal-hazırda şəkərli diabet xəstələrinin sayı getdikcə artır.Azərbaycan istisına deyil.Bu  patologiya ölkədə geniş yayılıb.

2013-ci  ildə dünyada 382 milyon şəkərli diabet xəstəsi qeydə alınıb. Azərbaycanda bu patologiya 200 000 insanda var  (bu ancaq dispanser qeydiyyatına alınmışların sayıdır). Bundan belə nəticə çıxarmaq olar ki, xəstənin sayı iki dəfə çoxdur və get-gedə artır. Ümumi dünya diabet federasiyasının ekspertlərinin rəyinə görə 2031-ci ildə diabet xəstələrinin sayı 600 milyona gəlib çatacaq, Azərbaycanda isə 320 min ola bilər.

Azərbaycanda əsasən xəstələrdə 2 tip diabet aşkar olunur. (85%)- 1-ci tip diabetlə xəstə uşaqların sayı minə qədərdir.

     Hal-hazırda şəkərli diabet xəstəliyi qeyri- infeksion pandemiya kimi yayılıb. Dünyada hər 10 saniyədə 2 nəfər diabetə tutulur, hər 10 saniyədə bir nəfər diabetin ağırlaşmasından dünyasını dəyişir. Diabet xəstələrində korluq 10 dəfə, aşağı ətrafların qanqrenası 20 dəfə, böyrək çatışmamazlığı 12-15 dəfə. Hansı faktorlar şəkərli diabetin inkişafına şərait yaradır?

- Artıq çəki az hərəkətli həyat tərzi. Hər artıq kiloqram diabetin əmələ gəlmə şansını 5% artırır.

- Qeyri düzgün qidalanma, ət məhsulları , kartof  riski 2 dəfə artırır.

-Genetik meyl.

 - Ürək-damar xəstəlikləri, hipertoniyalı şəxslər 2 dəfə artıq xəstələnirlər.

-Mədəaltı vəzinin xəstəlikləri- pankreatit, şiş xəstəlikləri.

 -Başka endokrin orqanlarının funksiyasının pozulması.

 -Virus xəstəlikləri.

  -Dərman qəbulu (prednizolon, sidikqovucu). Risk qrupunda olan şəxslər hər 2-3 ildə müayinədən keçməlidirlər.

  Qlukozanın səviyyəsinin orta göstəricisinin biomarker qlikoliz olunmuş hemoqlabindir. Qana keçen şəkər hemoqlabin molekulası ilə birləşir. Qlukozanınsəviyyəsi qanda nə qədər yüksək olsa, onun səviyyəsi orqanizimdə o qədər çox olur. Qlikoliz olunmuş hemoqlabin 65% və çoxdursa, demək 0 şəxsdə diabet var. 5,7 - 6,4% - prediabet sayılır, demək təkrar müayinə 1 ildən sonra aparılmalıdır.

    Diabetik retinopatiya diabetin ağırlaşmalarından biridir. Oftalmoloqların fikrinə görə bütün dünyada korluğa gətirib çıxaran başlıca səbəbdir.

     1 ildən artıq Azərbaycanda, ondan əvvəl isə 30 il Rusiyada endokrinoloq işləmişəm. Müraciət edən xəstələrin sayı həddən çoxdur. Azərbaycanda xüsusi şəkərli diabetin məktəbi yaradılır. Xəstə öz xəstəliyi haqqında heç də həkimdən az bilməməlidir. Anamnez topladığım zaman müəyyən olunur ki, xəstələr diyeta rejimi barədə adi şeyləri bilmirlər, illik müayinədən keçmirlər, hətta dərmanları belə qəbul etmirlər. Bütün bu faktorlar ağırlaşmaların daha tez əmələ gəlməsinə gətirib çıxarır.

   Çox istərdim ki, pasientlər həkimlərin rekomendasiyalarına qulas assınlar,  endokrinoloq və okulistin müayinəsindən keçsinlər, dərmanları vaxtı-vaxtında qəbul etsinlər. Yalnız belə olan halda diabetin kompensiasiyasını əldə etmək olar. Şəkərli diabet hökm deyil, həyat tərzidir.

Həmidova İrina

Yüksək kateqoriyalı həkim.