info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Qalxanabənzər vəz boynun ön hissəsində yerləşir, kəpənək formasında olub, maddələr mübadiləsini tənzimləyən hormonlar ifraz edir.

Vəzin düzgün çalışmasının ən mühüm komponenti yoddur. Yod çatışmamazlığı hipotireoz kimi xəstəliklərə gətirib çıxarır.

Qadınlar kişilərdən 10 dəfə çox xəstələnirlər. Qalxanabənzər vəzin funksional çatışmamazlığı özünü hipertireoz və hipotireoz kimi göstərir.

-------------------------------

     

Qalxanabənzər vəzin düzgün çalışması nə üçün lazımdır?

Qalxanabənzər vəz boynun ön hissəsində yerləşir, kəpənək formasında olub, maddələr mübadiləsini tənzimləyən hormonlar ifraz edir.

   Vəzin düzgün çalışmasının ən mühüm komponenti yoddur. Yod çatışmamazlığı hipotireoz kimi xəstəliklərə gətirib çıxarır.

    Qadınlar kişilərdən 10 dəfə çox xəstələnirlər. Qalxanabənzər vəzin funksional çatışmamazlığı özünü hipertireoz və hipotireoz kimi göstərir.

  Hipotireoz zaman hormonlar kifayət qədər əmələ gəlmir . Xəstələr zəiflikdən, yuxululuq, çəkin artımı, dəridə quruluqdan şikayət edirlər.

   Hipertireoz zamanı əksinə hormonlar daha çox ifraz olunur. Xəstələr zəiflik, arıqlama, tərləmə, əllərin əsməsindən, ürəkdöyünmədən, yuxusuzluqdan əziyyət çəkirlər.

    Xəstəliyin ilkin simptomları əmələ gələndə mütləq endokrinoloqa müraciət etmək lazımdır. Həkim düzgün diaqnoz qoyur və müalicə üçün müayinə təyin edir.

    Hamiləlik planlaşdıran qadınlar üçün müayinədən keçmək çox vacibdir. Hipertireoz və hipotireozun vaxtında müalicəsi gələcək uşağın sinir sisteminin düzgün inkişafı üçün vacibdir. Əgər müayinə aparılmayıbsa  heç olmasa hamiləliyin erkən vaxtında endokrinoloqa müraciət olunmalıdır.

    36-37 yaşdan yuxarı qadınlara və kişilərə mütləq qalxanabənzər vəzin funksional vəziyyətinin yoxlanılması tövsiyə olunur.

    AMT klinikada siz yüksək ixtisaslaşmış həkim-endokrinoloqun konsultasiyasını ala bilər, həmçinin laborator və usm müayinəsindən keçə bilərsiz.