Qlaukoma nədir?
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə kataraktadan sonra dünyada korluğa səbəb olan ikinici göz xəstəliyidir. Əgər bulanıq bülluru süni intraokulyar linza ilə əvəz etməklə, yüksək görmə itiliyi əldə etmək olursa, qlaukomada itirilmiş görmə qabiliyyəti bərpa olunmur. Kor insanların 13,5% bu xəstəliyin qurbanı olub. Qlaukoma görmə liflərinin ölümünə səbəb olan, görmə sinirinə təsir edən birbaşa gözdaxili təzyiq ilə bağlıdır.
-------------------------------
Qlaukoma nədir?
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə kataraktadan sonra dünyada korluğa səbəb olan ikinici göz xəstəliyidir. Əgər bulanıq bülluru süni intraokulyar linza ilə əvəz etməklə, yüksək görmə itiliyi əldə etmək olursa, qlaukomada itirilmiş görmə qabiliyyəti bərpa olunmur. Kor insanların 13,5% bu xəstəliyin qurbanı olub. Qlaukoma görmə liflərinin ölümünə səbəb olan, görmə sinirinə təsir edən birbaşa gözdaxili təzyiq ilə bağlıdır. Çox vaxt qlaukomanı “görmənin səssiz oğrusu” adlandırırlar, beləki, onun formalarının əksəriyyəti ağrı hissləri və hər hansı bir kəskin nəzərə çarpan simptomlar ilə müşayiət olunmur. Xəstəliyin məkrliliyi görmə qabiliyyətinin ətrafdan başlaması və mərkəzi görməyə çatmayanadək hissolunmaz qalmasıdır.
Qlaukomanın formaları
Qlaukomanın açıqbucaqlı forması ən geniş yayılmış hesab olunur və bu xəstəliyin ümumi sayının təxminən 90%ni əhatə edir.Gözə daxil olan və ondan xaric olan mayenin balansında uyğunsuzluq bu mayenin gözdə yığılıb qalmasına və gözdaxili təzyiqin artmasına səbəb olur.Ön kamera bucağı açıq qalır, lakin, gözün drenaj sistemində funksional pozuntu mayenin ifrazına imkan vermir.Xəstəlik xroniki xarakter alır və müalicə olmadan getdikcə görmə qabiliyyəti itir və korluğa gətirib çıxarır. İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir, birinci şikayətləri isə xəstə görmə qabiliyyətində əhəmiyyətli pozuntular olduqda qeydə alır .
Qlaukomanın qapalıbucaqlı forması əvvəlcə simptomsuz , normal gözdaxili təzyiq (GDT) rəqəmləri ilə keçə bilər. Lakin, təzyiqin yüksəlməsi ilə bu tip qlaukomaya xarakterik olan kliniki simptomlar yaranmağa başlayır. Ön kamera bucağının bağlanma səbəbləri çoxdur: anatomik xüsusiyyətlərdən (gözün ön -arxa oxunun qısalığı,ölçüyə görə böyük büllur) funksional pozuntulara qədər. Qlaukomanın qapalıbucaqlı forması üçün kəskin ağrı olma ehtimalı xarakterikdir. Əsas simptomlar: bulanıq görmə, işığa baxarkən rəngli həlqələr, ağrı, göz ətrafında ağırlıq hissi.
Əgər siz bu cür simptomları hiss edirsizsə dərhal oftalmoloqa müraciət edin.
Son zamanlar normal təzyiqi qlaukomaya normal təzyiqli qlaukomaya çox diqqət ayrılır.Göz sahəsində qüsurlar və görmə sinirinin zədələnməsi normal GDT rəqəmləri fonunda baş verirsə, qlaukomanın bu formasını xüsusi diaqnostik alətlərin köməyi olmadan diaqnostikasını aparmaq çətindir. Bizim klinikamizda qlaukomanin ilkin başlanğıcında təyin edib aradan qaldırmaq imkanlarınada qadirik.
Diaqnostika
Gözdaxili təzyiqin təyini müayinənin vacib hissəsidir, lakin bugün müayinənin vacib hissəsi tək bu sayılmır.
Müayinənin standart qrupuna aşağıdakılar aiddir::
-avtorefraktometriya
-kontaktsız tonometriya
-subyektiv refraksiyanın təyini
-biomikroskopiya
-paximetriya
-perimetriya
-oftalmoskopiya
-honioskopiya
-görmə sinir optik diskinin коqerent tomoqrafiyası (OST)
Axırıncı üsul ən informativ hesab olunur və sinir liflərinin funksionallığını ətraflı qiymətləndirməyə, prosesin dinamikasını təyin etməyə və xəstəliyin proqnozunu formalaşdırmağa imkan verir.
Qlaukomanın müalicəsi
Qlaukoma - hər xəstəyə fərdi yanaşma tələb edən xəstəlikdir. Prosesin forma və inkişaf mərhələsindən asılı olaraq müxtəlif müalicə üsulları tələb oluna bilər. Adətən müalicə dərman preparatların istifadəsindən başlanır. Əksəriyyət anti-qlaukoma göz damcıları gözdaxili mayeni azaldaraq və alternativ ifraz yollarını qüvvətləndirərək ona təsir göstərir. Klinikamızda qlaukomaya qarşı müalicə Avropa və Rusiya qlaukom cəmiyyətlərinin tövsiyələrinə əsasən aparılır.
Bizim mərkəzdə qlaukomanın lazer və cərrahi müalicəsi prioritetlərdən biri hesab olunur.
Bizim mərkəzdə tətbiq olunan lazer üsulları arasında qlaukomanın qapalıbucaqlı formasında ön kamera bucağının açılması və gözdaxili mayenin ifrazını normallaşdırılmasında istifadə olunan İAQ - lazer periferik iridotomiyanı xüsusilə qeyd etmək lazımdır. Selektiv lazer trabekuloppastika (SLT) - qlaukomanın açıqbucaqlı formasında istifadə olunur və alternativ dərman və carrahi terapiyasında xidmət göstərir.
Bizim mərkəzdə standart əməliyyatlardan özünü yüksək effektivili və az travmatik göstərən, viskocərahiyyə və allodrenajın istifadəsi ilə mütəxəssislərimiz tərəfindən modernləşdirilmiş su keçirməyən dərin sklerektomiya (NPDS) geniş tətbiq olunur.
Qlaukomanın qapalıbucaqlı formasında İAQ - iridotomiya lazerdən əlavə büllurun göz ölçüsü ilə uyğunsuzluğu zamanı büllurun süni intraokulyar linza implantı ilə çıxarılma əməliyyatı təklif olunur.
Müasir yüksək texnologiyalı əməliyyatlar bizim mərkəzin fərqli xüsusiyyətidir.
Mini-şunta Ex-Press implantasiyası—gözdaxili təzyiqin azalmasına yönəldilmiş yüksək keyfiyyətli əməliyyatdır. Miniatür drenaj sklera altına implantasiya olunur. Bu əməliyyat effektivliyinə görə trabekulektomiya ilə müqayisə olunur, lakin daha az invaziv və təhlükəsizdir. Əməliyyatdan sonra su nəmliyin ifrazı məhsulun unikal dizaynı hesabına təmin olunur. V.N.Trubilin təklif etdiyi viskocərrahiyə texnologiyasının istifadəsi etməklə, mini-şunta Ex-Press implantasiya əməliyyatları modifikasiyasının köməyi ilə gözdaxili maye ifrazının əlavə yolu formalaşır. Bu əməliyyatı daha efektiv və təhlükəsiz edir.