info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Katarakta - 45 yaşdan yuxarı insanların görmə qabiliyyətinin korlanması və ya itməsinə səbəb olan büllurun qismən və ya tamamilə bulanması ilə xarakterizə olunan xəstəlikdir.

 Normalda büllur hər iki tərəfi qabarıq elastik linzanı xatırladır.Öz əyrililiyini dəyişmə üstünlüyü hesabına o, akkomodasiya prosesində aktiv iştirak edir.

-------------------------------

Katarakta nədir ?

- 45 yaşdan yuxarı insanların görmə qabiliyyətinin korlanması və ya itməsinə səbəb olan büllurun qismən və ya tamamilə bulanması ilə xarakterizə olunan xəstəlikdir.

 Normalda büllur hər iki tərəfi qabarıq elastik linzanı xatırladır.Öz əyrililiyini dəyişmə üstünlüyü hesabına o, akkomodasiya prosesində aktiv iştirak edir.

Qocalma ilə büllur  sıxılır, ölçüsü artır və getdikcə öz şəffaflığını itirir (mirvari suyu).

Kataraktanın hansı növləri olur?

Kataraktın bir çox təsnifatı var.

mənşəyinə görə:

  • anadangəlmə,
  • yaşla əlaqəli,
  • travmatik,
  • fəsadlı,
  • radiasiyalı,
  • orqanizmin ümumi xəstəlikləri ilə  nəticələnən.

Ən geniş yayılan – yaşla əlaqədar olaraq 45 yaşdan yuxarı insanlarda əmələ gələn kataraktadır.

Bir qayda olaraq, bulanıqlığın yerləşməsnə görə ayırırlar:

  • subkapsulyar,
  •  nüvə,
  •  kortikal.

Yetkinlik dərəcəsinə görə:

  • ilkin,
  • yetişməmiş,
  • yetkin,
  • ötmüş.

Kataraktanın simptomları nədir?

Kataraktanın ilkin simptomları az nəzərə çarpır. Siz bir az tərləmiş pəncərədən baxdığınız kimi, görmə qabiliyyətinizdə bulanıqlıq hiss edə bilərsiniz. Bu hisslər işığın parlaqlığından asılı olaraq dəyişə bilər.

Kataraktanın yetişməsi ilə Siz günəş şüalarının və ya stolüstü lampanın işığının daha çox səpələnməsini hiss edə bilərsiniz.  Qaranlıqda avtomobil idarə edərkən, qarşı tərəfdən gələn avtomobillərin işıqları sizi kor etməyə başlayır.
Yaranan simptomlar birbaşa kataraktanın növündən asılı olur. Məsələn, büllur nüvəsinin yetkinləşməsi ilə Siz yaxın məsafədən oxu və ya iş zamanı bəzi yaxşılığa doğru irəliləyişlər hiss edə bilərsiniz. Amma təəssüf ki, bu irəliləyişlər müvəqqətidir və onlar kataraktanın irəliləməsi ilə keçib gedəcək. Lakin, ön subkapsulyar katarakta kifayət qədər uzun zaman ərzində simptomsuz qala bilər.

Əgər Siz kataraktanın hər hansı bir simptomunu hiss edirsinizsə, dərhal oftalmoloqa müraciət edin..

Kataraktanın müalicəsi.

Bugün üçün kataraktanın müalicəsinin yeganə effektiv üsulu əməliyyat üsuludur.
Kataraktanın erkən mərhələlərində Sİz onunla eynək korreksiyasının köməyi ilə mübarizə apara bilərsiniz. Lakin görmə qabiliyyəti itiliyinin çatışmazlığı Sizin gündəlik həyatınıza maneə yaradan kimi təcili oftalmocərraha müraciət etmək lazımdır.

Çox insanlar görmə qabiliyyətnin pisləşməsini qocalmanın təbii prosesi kimi qəbul edir, lakin katarakta cərrahiyyəsi sizin görmə qabiliyyətinizi yaxşılaşdıran sadə, ağrısız, tez və effektiv üsuldur.

Bizim klinikada kataraktanın götürülməsi bütün dünyada qızıl standart hesab olunan tоrsion fakoemulsifikasiya üsulu ilə həyata keçirilir.

Əməliyyat  0,8 dən 2,2 mm ə qədər ölçülü mikro iynələr  (проколы) vasitəsilə həyata keçirilir.Ultrason enerjinin təsiri lə büllur çox xırda hissələrə bölünərək götürülür, lakin onun kapsulu toxunulmaz qalır. Bulanıq büllurun yerinə süni intraokulyar (İOL süni büllur) linza yerləşdirilir.

Mikroiynələr özüsovrulan olduğundan tikiş qoyulmasına ehtiyac olmur.

Əməliyyat zamanı göz toxumasını ,xüsusilə buynuz qişasının endotellərini qoruyan xüsusi həllərdan istifadə olunur.

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK