info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Tor  (Torlu) qişası –göz almasının arxa divarının ön tərəfində yerləşən nazik sinir toxumasııdır. Gözün tor qişası buynuz qişası və büllurun köməyilə, sinir impulslarına  çevrilərək  beyinə göndərilən təsvirin qəbul olunmasına cavabdehdir. Ən güclü tor qişası görmə sinir diskinin kənarında göz almasının səthi ilə bağlıdır. Tor qişasının qalınlığı müxtəlif yerlərdən eyni deyil: görmə sinir diski ətrafında 0,4-0,5 mm, göz çuxurunda 0,2-0,25 mm, çuxurda 0,07-0,08 mm, kəsik xəttində təxminən 0,1 mm-dir.

-------------------------------

Tor qişası

Tor  (Torlu) qişası –göz almasının arxa divarının ön tərəfində yerləşən nazik sinir toxumasııdır. Gözün tor qişası buynuz qişası və büllurun köməyilə, sinir impulslarına  çevrilərək  beyinə göndərilən təsvirin qəbul olunmasına cavabdehdir. Ən güclü tor qişası görmə sinir diskinin kənarında göz almasının səthi ilə bağlıdır. Tor qişasının qalınlığı müxtəlif yerlərdən eyni deyil: görmə sinir diski ətrafında 0,4-0,5 mm, göz çuxurunda 0,2-0,25 mm, çuxurda 0,07-0,08 mm, kəsik xəttində təxminən 0,1 mm-dir.

Tor qişasının mürəkkəb quruluşu  ona işığı birinci qəbul etmək, hazırlamaq və işıq enerjisini gözün gördüyü bütün informasiyanı daşıyan qıcıqlanma – siqnala ötürmək imkanı verir.

Tor qişasının ən mühüm hissəsi makuladır (makulyar sahə, sarı nöqtə). Makula mərkəzi görməyə görə məsuliyyət daşıyır, beləki, onda çoxlu miqdarda fotoreseptorlar, daha dəqiq desək kolbacıqlar var. Məhz onlar bizə gün işığı zamanı yaxşı görmə imkanı verir. Makula xəstəliyi görməni əhəmiyyətli dərəcədə aşağı sala bilər.

Yaşla əlaqəli makulyar degenerasiyası (AMD)

AMD  - mərkəzi, görmə qabiliyyətində ən vacib rol oynayan, tor qişasının ən mühüm hissəsini  - makulaya təsir edən xəstəlikdir.  Yaşla bağlı makulyar degenerasiya inkişaf etmiş dünya ölkələrinin 50 və ondan yuxarı yaş qrupu əhalisi arasında korluq və görmə qabiliyyətinin birdəfəlik itirilməsinin aparıcı səbəbidir.

Əsas səbəb yaşdır.

AMD irəliləməsinə səbəb olan bir sıra risk faktorlar müəyyən olunmuşdu:

  • İrq – AMD yayılması daha çox avropoid irqi arasında yayılmışdır.
  • İrsi keçmə - ailə tarixi 20% AMD xəstələrində risk amilidir.
  • Ürək-damar xəstəliyi – ateroskleroz zamanı makulyar sahənin zədə alma riski 3 dəfə artır, hiportoniya xəstəliyi zamanı isə - 7 dəfə.
  • Siqaret çəkmək – yeganə risk amilidir ki, bütün tədqiqatlarda sübut olunmuşdur. Siqaret çəkməyi buraxmaq  AMD  irəliləməsi riskini azaldır.
  • Günəş şüalarının birbaşa təsiri
  • Qida  - qida rasionunda yağ və xolesterinin çox olduğu məhsullardan istifadə edən və artıq bədən çəkisi olan insanlarda AMD riski yüksəkdir.
  • Mavi və yaşıl gözlər
  • Katarakta, əsasən də nüvəli AMD-nin irəliləməsinin risk faktorudur.

 

AMD simptomları

Yaşla bağlı makulyar degenerasiya yavaş, ağrısız və geriyə yolu olmayan görmə qabiliyyətinin itirməsinə səbəb olur. Nadir hallarda, görmə qabiliyyətinin itirilməsi sərt ola bilər. AMD-ə görə erkən görmə qabiliyyətinin itirilməsinin əlamətləri bunlardır:

  • Mərkəzi görmədə tünd ləkələrin əmələ gəlməsi
  • Bulanıq təsvir
  • Obyektlərin təhrifi
  • Rəng seçmənin pisləşməsi
  • Zəif işıqlanmış və  ya qaranlıqda ani görmə qabiliyyətinin itməsi

 

 

AMD müalicəsi

Dünyada yaşlı insanlarin korluğunun əsəs səbəbi olan AMD bu gün boyük və aktual problemdir.

 AMD-nin  quru formasının müalicəsi özündə antioksidant terapiyanın müntəzəm kurslarının birləşdirir. Nəm formanın müalicəsi isə (şiş və neovaskulyarizasiya olduqda) daha mürəkkəb məsələdir. Bizim mərkəzdə ən qabaqcıl texnologiyalardan istifadə olunur: lazerakoagulyasiya və intravitreal müalicə (Avastin, EYLEA, Lusentis) metodları yüksək səviyyədə mümkündür.

Tor qişasının periferik distrofiyası

Risk qrupları

Statistikaya görə, tor qişasının periferik distrofiyası 30-40% hallarda yaxından görənlər (miopiya), 6-8% uzaqdan görənlər (hipermetropiya), 2-5% hallarda normal görmə qabiliyyəti olan insanlarda irəliləyir. Tor qişasının periferik distrofiyasının yaranma səbəbləri çoxdur: meyllilik, irsi keçən, miopiyanın hər hansı bir dərəcəsi, göz iltihabı xəstəlikləri, xəsarət və digər göz xəstəlikləri. Həmçinin ümumi xəstəliklər kimi: hiportaniya, ateroskleroz, diabet, intoksikasiya, keçirilmiş infeksiyalar, orqanizmin digər xroniki və kəskin xəstəlikləri.

Tor qişasının periferik distrofiyası uşaqlar daxil olmaqla, bütün yaş qrupu xəstələrdə irəliləyə bilər. Periferik distrofiyanın əsas təhlükəsi və tor qişası yırtığının əmələ gəlməsi – ilkin mərhələdə heç bir təzahürün olmamasıdır. Xəstələr çox vaxt oftalmoloqa tipik göz qarşısında “pərdə” hissi şikayəti ilə tor qişa yırtığının artıq mərkəzi hissəyə çatdığı zaman müraciət edirlər. Xəstəliyin bu mərhələsində həmişə göz funksiyasının tam bərpası mümkün olmayan yalnız ciddi cərahiyyə əməliyyatı kömək edə bilər.

Tor qişası periferik distrofiyasının əsas növləri

Qəfəs distrofiyası

Tor qişası pərdəsinin yırtığının əmələ gəlməsi daha təhlükəlidir və artıq tor qişası yırtığı olan xəstələrdə bütün distrofiya formalarının 63% təşkil edir. Müayinə zamanı distrofiyanın bu növünə   5%-dən çox hallarda rast gəlinir,bundan əlavə qəfəs distrofiyası olan xəstələr arasında kişilər  68%-ə qədər üstünlük təşkil edir ki, bu qəfəs degenerasiyasına ailə-irsi meylliyi deməkdir. Degenerasiya hallarının yarısından çoxu ikitərəflidir. Çox zamanlar həyatın ikinci onilliyində ilk əmələ gəlir və tədricən irəliləyir. Qəfəs degenerasiyası  - göz dibinə baxıldığı zaman qəfəs və ya ip nərdivana bənzər fiqurlar əmələ gətirən dar ağ və az tüklü xəttlər kimi görünür. Tor qişasının qialinoz və obliterasiya olunmuş damarları bu cür görünür. Dəyişilmiş bu damarlar arasında tor qişası incəlməsinin çəhrayı-qırmızı ocağı, kistalar və tor qişası yırtığı əmələ gəlir. Piqmentasiyanın xas olan dəyişiklik – mərkəzi piqment ləkələri, hipopiqmentasiya sahəsi, perivaskulyar piqmentasiya və ya yayılmış piqmentasiyadır. Distrofiya sahəsində şüşəformalı cisim azaldılmış, əksinə distrofiyanın sərhəd boyunca isə əridilmiş və kənarlara yapışmışdı. Beləliklə, tor qişasının qopmasına səbəb olan distrofiyanın sərhədi boyunca klapanlı retinal yırtıqların əmələ gəlməsi ilə traksiya yaranır, buna 14-18% böyük yırtıqlarda, 30-32% ümumi hallarda rast gəlinir.

“İlbiz izi” növü tor qişası distrofiyası

“İlbiz izi” növünün degenerasiyası. Bu forma miopiya irəliləməsi, bəzi hallarda ametropiyanın aşağı dərəcəsi müşahidə olunan, damar və tor qişası pərdəsində əhəmiyyətli dəyişikliklər olan (miopiya xəstəliyi) insanlarda aşkar oluna bilər. Patologiya damarların zədəsinin nəticəsində müşahidə olunur xırda miop incəlməsi və deşik qüsurları ilə və tor qişasında ağımtıl və parıldayan ştrixə oxşar birləşmələrdə görünür. Degenerasiyanın bu növü zahiri oxşarlığına görə  “ilbiz izi” adlanır. Degenerasiya ocaqları birləşərək lent zonasını yaradır. Bu növə tez-tez üst-xaric kvadrantında rast gəlinir. Degenerasiyanın bu növü, bir qayda olaraq, böyük dairə formasında yırtıqların əmələ gəlməsinə meylliyini göstərir, Yırtıqlar çox zaman tor qişasının qopmasına gətirib çıxarır. Bəzi müəlliflərin fikrincə, nadir hallarda rast gəlməsinə baxmayaraq, “ilbiz izi” kimi degenerasiya qəfəs degenerasiyası ilə müqayisədə tor qişasının qopmasını əmələ gətirən tendesiyaya malikdir.

"Sırsırabənzər"  degenerasiya

 

Tor qişası pərdəsinin irsi xəstəliyi. Göz dibində dəyişiklik adətən ikitərəfli, simmetrik və asta irəliyəndir. Göz dibinin ön hissəsində tor qişasının üstündə əmələ gələn  “qar dənələri” formasında böyük sarımtıl-ağ birləşmələr var, adətən onlar tor qişasının qalın bir qədər obliterasiya olunmuş damarlarının yanında yerləşir və bəzi xəstələrdə ön hissədə piqment ləkələr əmələ gəlir. Təsvir olunan dəyişikliklər uzun müddət ərzində irəliləyir.

"Səki daşları" degenerasiyası növü

Uzaq periferiyada yerləşməsi ilə xarakterizə olunur. Dairə üzrə ayrı yerləşən ağ və bir qədər uzanmış formalı qeyri-hamar hissələr kimi əmələ gəlir. Bəzən onların yanında xırda kiçik piqmentlər müəyyən olunur. Dəyişikliyin əsasən göz dibinin aşağı hissəsində müşahidə olunmasına baxmayaraq,  bütün perimetr boyunca da rast gəlmək olar. "körpü" növlü ocaqlar təxminən orta və yüksək səviyyədə 20% miopiyası olan insanlarla yanaşı, yetkin yaşlı  və 11% tor qişası qopması olan xəstələrdə aşkar olunur.

Blessin-İvanov xırdakistoz degenerasiya növü

Periferik kistanövlü degenerasiya  göz dibinin kənar periferiyasında dairəvi yerləşərək,  xırda kistaların yaranması ilə xarakterizə olunur. Tor qişası qopmasının yaranması planında доброкачественной və orqanizmin qocalmasının bioloji prosesini göstərir. Degenerasiya deşik dəliyi yaranması və küt göz zədəsi zamanı kəsik xəttindən tor qişasının ayrılmasının səbəbi ola bilər. Bu növ degenerasiyaya tor qişası qopması olduğu halda 7% rast gəlinir.

Lazerkoagulyasiyası - tor qişası periferik distrofiyası müalicəsinin yeganə üsuludur.

Tor qişasının lazer koagulyasiyası tor qişasıının periferik və mərkəzi distrofiyalarında, damar zədələri, bir sıra şiş vəziyyətlərində tətbiq olunur. Tor qişasının lazer koagulyasiyası həmçinin  distrofiyanın inkişafının qarşısını alır, tor qişası qopmasına mane olur və göz dibində dəyişikliyin irəliləməsində profilaktika kimi effektivdir. Bu müalicə gözün tor qişasında dəyişiklik, tor qişasının "qəfəs" degenerasiyası, "ilbiz izi" distrofiyası, gözün damar xəstəlikləri, məsələn, şəkər diabeti ilə əlaqədar tor qişasında diabetik dəyişiklik zamanı, tor qişasının mərkəzi damarının trombozu, anqiomatoz, yaşla bağlı makulodistrofiya, damarların patologiyası (DRP, tromboz) zamanı yeganə və alternativi olmayan üsuldur.

Tor qişasının lazer koagulyasiyası ambulator prosedurdu. Müalicə zamanı yerli anesteziya tətbiq olunur. O, müxtəlif yaş qrupu insanlar arasında rahat keçir və ürək, damar və digər orqanlara güc salmır. Tor qişasının lazer koagulyasiyası 15-20 dəq. zaman əhatə edir. Qısa məzuniyyət və həkimin müayinəsindən sonra xəstə evinə qayıdaraq, adi həyat tərzini davam edir.

Lazer koagulyasiyanın köməyi ilə müalicə prinsipi lazer təsirinin temperaturun dərhal qalxması zamanı toxumanın koagulyasiyası ilə nəticələnməsinə əsaslanır. Buna görə əməliyyat qansız keçir. Lazer yüksək dəqiqliyə malikdir və tor qişası ilə gözün damar səthi arasında birləşmənin yaranmasında istifadə olunur. Lazer koagulyasiyanın zamanı xəstənin gözünə xüsusi linza qoyulur. O, şüalanmanın gözün lap içinə keçməsinə imkan verir. Cərrah əməliyyatın gedişatına  mikroskop vasitəsilə nəzarət edir.

 Bizim mərkəzdə bu məqsədlə ən qabaqcıl avadanlıqlardan istifadə olunur: son nəsil FotoLazerKoagulyator  "CLASSİK 532" A.R.C. (Almaniya).

 

Hamiləlik zamanı görmə qabiliyyəti

Hamiləlik zamanı cinsi hormonlar, maddələr mübadiləsinin artması, uşaqlıq-plasenta qan dövriyyəsi kimi amillərin təsiri altında bütün orqanlarda qan axınının əhəmiyyətli restrukturizasiyası baş verir. Ümumi qan dövriyyəsinin bir hissəsi kimi göz damar sistemi bu dəyişikliklərə reaksiya verir. Hamiləliyin 2-ci 3 aylıq dövründə orta arterial təzyiq enir, eyni zamanda göz damar sisteminə qan axını azalır və 28-32-ci həftələrdə öz minimumuna çatır. Hestozun inkişafı ilə (sonrakı toksikoz) bu dəyişikliklər mürəkkəbləşir.

Miopiya və hamiləlik

Statistikaya əsasən, 30% hamilələr miopiyadan əziyyət çəkirlər. Miopiya problemi aktuallığı hamilələrdə onunla əlaqəlidir ki, o yüksək dərəcədə olduqda doğuş taktikası sualının həll yolları gümna edilir.

Fizioloji hamiləlik zamanı görmə qabiliyyəti pisləşmir və miopiya inkişaf etmir. Patoloji hamiləlik zamanı, xüsusilə gec toksikoz ilə mürəkkəbləşmiş, bəzi xəstələrdə şiş və büllur əyriliyinin dəyişilməsi hesabına miopiyanın  2-5 dioptriy güclənməsi baş verir. Naməlum səbəblərə görə gec toksikozun şiş forması fonunda büllur kapsul sukeçirici olur. Büllurun ölçüsü böyüyür, qırılma gücü artır və gözün refraksiyası miopiya tərəfə dəyişilir. Belə keçici miopiya doğuşdan bir neçə gün sonra keçir.

Daha ciddi vəziyyət ağırlaşmış miopiyada yaranır. Ağırlaşma göz dibinin struktur elemenləri - əsasən də tor qişası  əhatə edir.

Oftalmoloqun müayinəsi

Bütün hamilə qadınlar hamiləliyin 10-14-cü həftəsində genişlənmiş göz bəbəyi ilə oftalmoskopiyanı keçirməklə oftalmoloqun müayinəsindən keçməlidir.  Göz dibində patoloji dəyişikliklər aşkar olunduqda qarşısını alan lazer koagulyasiyası keçirmək lazımdır, beləki, hamiləliyin sonrakı inkişafında tor qişasının qopmasının yaranma riski böyükdür.

Hamilələrdə tor qişasının qarşısını alan lazer koagulyasiyası – tor qişası qopmasının ən effektiv və travmasız profilaktika üsuludur. Zamanında keçirilmiş tor qişası koagulyasiyası onun qopmasının yaranması təhlükəsini minimuma qədər endirir. Hamiləlik vaxtı koagulyasiyadan sonra göz dibinin vəziyyəti pisləşmirsə, o halda təbii doğuşa icazə verilir.  “AMT-klinikasının” təcrübəli mütəxəssisləri bu programı ən yüksək səviyyədə həyata keçirir.

Yaxşı görmə - anaların və balalarının xoşbəxt gələcək üçün əsasdır!

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK