info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Hal hazırki dövrdə keratokonus problemi ən aktual problemlərdən biridir. Bu xəstəliyin özünəməxsus diaqnostika və müalicə üsulları ən geniş oftalmoloji forumlarda fəal müzakirə olunur.  Bu patologiyaya maraq xəstəliyin aşkar olunmasının artımı ilə izah olunur və bizim fikrimizcə, bu diaqostik imkanların artımı ilə əlaqəlidir.  Xəstəlik daha çox  lazer göz korreksiyası üçün həkimə müraciət edən cavan xəstələrdə aşkarlanır. Lakin gizli və erkən formalarının diaqnostikası bir çox mütəxəssislər üçün hələ də çətin olaraq qalır.

-------------------------------

Hal hazırki dövrdə keratokonus problemi ən aktual problemlərdən biridir. Bu xəstəliyin özünəməxsus diaqnostika və müalicə üsulları ən geniş oftalmoloji forumlarda fəal müzakirə olunur.  Bu patologiyaya maraq xəstəliyin aşkar olunmasının artımı ilə izah olunur və bizim fikrimizcə, bu diaqostik imkanların artımı ilə əlaqəlidir.  Xəstəlik daha çox  lazer göz korreksiyası üçün həkimə müraciət edən cavan xəstələrdə aşkarlanır. Lakin gizli və erkən formalarının diaqnostikası bir çox mütəxəssislər üçün hələ də çətin olaraq qalır.

Keratokonus – buynuz qişasının,onun incəlməsinin və artıq dərinə getmiş mərhələsində formalaşan konusvari deformasiya xəstəliyidir. Patologiya özünü daha çox miyop refraksiya və yalnış astiqmatizm ilə büruzə verir, amma erkən mərhələdə görmə qabiliyyətinin itiliyi 1.0 bərabər ola bilər.

Vəziyyət adətən ikitərəfli lakin çox vaxt assimetrik olur. Xəstəliyin başlaması həyatın ikinci onilliyinin sonu  və üçüncü onilliyin başlanğıcı üçün xarakterikdir. Xəstələrdə proqressivləşən xarakter və cavan yaşında olmaları bu problemə xüsusi sosial əhəmiyyət verir.
Keratokonusun diaqnostikasına standart oftalmoloji müayinə və daha informativ keratotopografik tədqiqat daxildir.

Nota Bene:

  • gənc yaş
  • görmə itiliyinin assimetrik azalması
  • yalnış astiqmatizmin yaranması və ya silindr oxunun dəyişməsi
  • görüntü aydınlığından şikayət , işığa həssaslığın artması
  • ailə tarixi

Biomikroskopiya ( son mərhələlərdə görünən dəyişikliklər):

  • apical incəlmə və aşağı qabarıqlıq
  • apical çapığın formalaşması
  • "Vogt qırışları" - xətti şaquli və ya dərin stromanın əyri qırışları
  • Fleischer halqası — konus bazasında epitelin  dərin qatlarında hemosiderinin toplanması

Keratotopografiya ( erkən diaqnostika mümkündür):

  • alt bölmələrdə orta periferiyada çıxıntı
  • buynuz qişasının incəlməsi və ya normal paximetriya zamanı, paximetriyaya nisbətdə kartda sapmalar
  • 47 D-dən çox mərkəzi optik gücü
  • üst bölmələr ilə qırılma fərqi 1,2 D-dən çox (yüksək astiqmatizm).

"AMT-klinika"-da ZyWave və ORBSCAN  kimi ən yeni kompüter skan cihazları xəstəliyin erkən və subklinik mərhələdə diaqnostikası, həmçinin keratokonusun differensial diaqnostikası və yanlış miyop astiqmatizmin diaqnostikasını aparmağa imkan yaradır. Gizli keratokonusun diaqnostikasının qızıl standartı buynuz qişasının əyrililiyinin xüsusiyyətlərini,paximetriyaya nisbətdə qabaq və arxa səthlərinin elevasiyasının qiymətləndirmək mkanı verən Aberrometriya Analiz  kartlarının təhlilidir.

Xəstəliyin vaxtında diaqnostikası keratokonusun inkişafını ləngidən minimal invaziv üsul ilə müalicəyə başlamaq imkan verir.

 Müasir müalicə üsulları:

Riboflavin ilə krosslinkinq - fotohəssas maddənin təsiri ilə (riboflavin həll)  yeni keratokonusun ultrabənovşəyi şua müalicə texnoloqiyası.

Krosslinkinq texnoloqiyası buynuz qişanın biomexanik gücünü və stabilliyini yüksəkləşdirir.

Intrastromal seqmentlərin implantasiyası— polimetilmetakrilat seqmentlər orta periferikdə  buynuz qişası stromasına implantasiya olunur, əməliyyatın mənası buynuz qişasının mərkəzi hissəsinin dartılmasıdır ki, bununla da keratokonus səbəbindən yaranan əyrilik və yalnış astiqmatizm azalır.

Klinikamızda bütün spektr üzrə keratokonusun müasir müalicə və reabilitasiya üsulları təqdim olunub.

Keratoplastika (buynuz qişanın transplantasiyası) –xəstəliyin gec mərhələlərində, az invaziv müalicə üsulu effektiv olmadıqda tədbiq olunur. Buynuz qişanın transplantasiyası bu gün Azərbaycanda  ancaq dövlət qurumlarının ciddi nəzarət altında həyata keçirilir (Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya  mərkəzində).

Klinikamızda həmçinin buynuz qişanın köçürüldükdən sonrakı (transplantasiya) problemlərini (keratoplastik astiqmatizm, ikinci qlaukoma və sayrı) effektiv lazer vasitəsi ilə mümkündür.

Müalicəyə vaxtında başlamaq və mümkün qədər tam görmə qabiliyyətinin itliyini qoruyub saxlamaq üçün xəstəliyin erkən diaqnozunun əhəmiyyətini vurğulamaq istərdik. İlk  həkimlərin və optometristlərin əsas vəzifəsi tam oftalmoloji müayinənin köməyilə keratokonusun vaxtında diaqnozunu qoymaq və ya korreksiyası çətin olan miopik astiqmatizm aşkarlandıqda, xəstəni zamanında əlavə müayinə və müalicə üçün ixtisaslaşmış mərkəzə yönəltməkdir - bizim "AMT-klinika"-ya.

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK