Eynək Korreksiyası
Eynək sifariş etməmişdən əvvəl, əsasən də əgər siz ilk görmə problemi ilə üzləşmisinizsə, o halda bir sıra xəstəlikləri istisna etmək üçün həkim-oftalmoloqun müayinəsindən keçmək lazımdır.
-------------------------------
Eynək Korreksiyası
Eynək sifariş etməmişdən əvvəl, əsasən də əgər siz ilk görmə problemi ilə üzləşmisinizsə, o halda bir sıra xəstəlikləri istisna etmək üçün həkim-oftalmoloqun müayinəsindən keçmək lazımdır. Eynəyin seçilməsi görmə itiliyinin yoxlanılması ilə başlayır. Bizim klinikada aftorefraktometr kimi xüsusi cihaz var və bunun köməyilə mütəxəssis sizin görmə qabiliyyətiniz haqqında ilkin məlumat əldə edir. Lakin eynəyi gözün əlavə müayinəsi olmadan, yalnız kompüter müayinəsinin nəticələri əsasında sifariş etmək olmaz. Görmə itiliyi 5 m məsafədən proyektorda və ya cədvədə simvolların köməyilə yoxlanılır.
Korreksiyanı seçdikdən sonra göz bəbəyi məsafəsi ölçülür. Adətən göz bəbəyinin mərkəzləri arasında məsafə adi xətt ilə və ya xüsusi alət – pupillometrin köməyi ilə ölçülür. Bir qayda olaraq, uzaq görmədə eynəklər üçün məsafə yaxın görmə üçün məsafədən 2 mm böyükdür. Səhv ölçülmüş məsafə çərçivədə linza mərkəzinin səhv olmasına səbəb olur, bu da göz yükü vaxtı pis əhval-ruhiyyə ilə nəticələnir. Sonra oftalmoloq resept yazır və burada xəstə haqqında məlumatlar, sferik və silindrik linzaların lazımi optik gücü (silindrin kənarları göstərilməklə), gözbəbəyi arası məsafə, eynəyin təyin olunma məqsədi – uzaq görmə, kitab oxuma, davamlı istifadə üçün və s. məlumatlar göstərilir. Okulist tərəfindən yazılan reseptləri tullamayın, beləki, onların köməyi ilə görmə qabiliyyətini zamanla dəyişməsini müəyyən etmək olar.
Eynək seçimini ixtisaslaşmış mütəxəssisin yerinə yetirməsi əhəmiyyətlidir. Yanlış seçilmiş eynək daimi göz yorğunluğu, baş ağrısı, tez yorulma, iş qabiliyyətinin pozulması və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər.
Eynək linzaları
Eynək linzalarının materialları
Materialdan asılı olaraq şüşə və plastik və ya elmi adla mineral və üzvi-şüşə bütün eynək linzaları. Şüşədən və plastikdan olan linzaların müsbət tərəfləri olduğu kimi çatışmazlıqları da var
Bifokal və multifokal eynəklər.
Elə hallar olur ki, müxtəlif məsafədə daha keyfiyyətli görmə üçün bir neçə cüt eynək lazım olur: oxu üçün eynək, kompyuter, sürücülük üçün və s. Daima eynək dəyişmə ehtiyacı olmaq narahatlıq yaradır. Yalnız bir eynəkdən istifadə edərək həm yaxın ,həm də uzaqlaşan obyektləri dəqiq görmək üçün eynək linzaları özündə müxtəlif diyopriyaları birləşdirməlidir, yəni müxtəlif qırılma güclü sahələri olmalıdır. Bu cür linzalar multifokal eynəklər adlandırıldığı zaman, həmişə eyni optik gücə malik olan adi linzalar bifokal adlanırlar.
Bifokal eynəklər 2 hissədən ibarətdir: uzağı görmək üçün nəzərdə tutulmuş, sahə üzrə böyük olan üst hissə ,yaxın məsafə üçün aşağı hissə. Yaxından görmə üçün forma və seqment ölçüsü müxtəlif ola bilər. Eyniölçülü yumruvari seqmentlər də olur. Seqmentin linzanın bütün alt yarısını əhatə edən «tamseqmentli» bifokal linzalara rast gəlinir.
Bifokal linzalar presbiopiyanın (yetkin uzaqgörənlik) korreksiyası üçün geniş yayılıb. Çox hallarda istifadəçilər belə eynəklərə tez alışır, lakin uzaqdakı predmetlərdən yaxındakına və ya əksinə baxışı keçirdikdə, seqmentlərin optik güc fərqi şərtilə uzaq və yaxın üçün zonalar arası sərt keçid çox vaxt narahatlılıq yaradır. Nəzərə almaq lazımdır ki, linzanın yuxarı və aşağı zonalarının gücündə fərq çox böyük olmamalıdır, maksimum 2-3 diopriya. Seqment sərhədinin aydın seçilməsi səbəbindən çoxları bifokal eynəkləri yaşı büruzə verdiyi üçün xoşlamır və presbiopiya korreksiyası üçün eynəklərə olan ehtiyacın 40 yaşdan sonra yarandığı hamıya bəllidir.
Ondan əlavə, yaxından görmə üçün seqment gözün aşağı qapaq və gözətrafı sahəni böyüdür.
Bifokaldan yalnız oxu və «uzanmış əl» məsafəsində iş üçün istifadə olunmur. Bifokal eynəkləri müəyyən məqsədlər, məsələn qolf oyunu üçün sifariş etmək olar. Bu zaman yuxarı seqment yene de uzaq məsafəni görmək üçün nəzərdə tutulacaq, aşağıdakı isə topa vuruş zamanı oyunçunun boyunu nəzərə alaraq yaxşı görmə qabiliyyəti üçün hesablanır. Həmçinin görmə üçün seqmenti yuxarı hissəyə yerləşdirmək olar, məsələn, ixtisasla əlaqədar baş səviyyəsindən yuxarı yerləşən monitor və ya cihazlara baxma məcburiyyətində qalan istifadəçilərə aiddir.
Proqressiv eynəklər
Proqressiv linzalar də həmçinin multifokal linzalara aiddir. Proqressiv eynəklərdə müxtəlif məsafədə görmə zonaları nəzərə çarpmadan birindən o birinə keçir.
Məlumdur ki, 40 yaşdan sonra presbiopiya və ya hipermetropiya adlanan - yaxın məsafədən görmədə çətinliklər yaranır.Bu halda heç bir zaman eynəkdən istifadə etməyən insanlar müsbət eynək əldə etməyə məcbur qalır, lakin miopiyadan əziyyət çəkənlər isə əksinə yaxın üçün daha zəif mənfi eynəklərdən istifadə edirlər. Presbiopiya öz maksimumunu 60 -65 yaşa çatdırmaqla tədricən irəliləyir. Tədricən qeyri-səlis görmə məsafəsi artır və bəlkə də Sizə 40-50 sm-dən çox məsafədə görmə üçün daha bir cüt eynək lazım ola bilər. Bəzi insanlar bütün hallar üçün 3-4 cüt eynəyə maik olurlar: oxu ,kompyuter, bilyard oyunu, sürücülük üçün və s.
Proqressiv eynək linzaları nədir?
Presbiopiyanın korreksiyasının ən müasir üsulu proqressiv eynəklər hesab olunur. Proqressiv eynək linzaları multifokal linza qrupuna aiddir, yəni, müxtəlif məsafədə görmə üçün nəzərdə tutulub. Proqressiv linzanın yuxarı hissəsində xəstənin başının təbii vəziyyətində düz irəli baxmaq üçün istifadə olunan uzağı görmə üçün zona yerləşir . Aşağı hissədə istifadəsi zamanı gözün aşağı salınmasını zəruri edən yaxını görmə üçün zona yerləşir. Yaxın və uzaq zonalar arasındakı optik gücdə fərq Addidasiya adlanır və xəstənin dözümlülüyü nəzərə alınaraq bifokal eynəklər olduğu kimi 2 -3 diyopriyanı üstələməməlidir.Yuxarı və aşağı zonalar aralıq məsafələrdə yaxşı görmə təmin edərək optik gücü tədricən dəyişən (proqressivləşən) proqress dəhlizi ilə birləşdirilib. Məsələn, əgər bir insan uzaq görmə üçün +1,5 Dptr eynəkdən istifadə edirsə, yaxını görmə üçün ona +3,0 Dptr linza lazımdır, o zaman addidasiya +1,5 Dptr təşkil edir, bununla da proqress dəhlizində refraksiya yuxarı hissədə+1,5 -dən aşağı +3,0 qədər tədricən artacaq. Yuxarı və aşağı zonaları birləşdirən sahə dəhliz adlanır, belə ki, aralıq məsafədə yaxşı görmə qabiliyyətini dar sahəyə baxışda -dəhlizdə əldə etmək olar.Proqress dəhlizi kənarlardan əhəmiyyətli optik təhrifli görmə qabiliyyəti üçün nəzərdə tutulmayan sahələrlə məhdudlaşıb.
Proqressiv linzaların üstünlükləri və çatışmazlıqları.
Proqressiv eynəklər presbiopiya korreksiyası üçün nəzərdə tutulmuş digər eynək tipləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.
· Proqressiv eynəklərlə Siz müxtəlif məsafələrdə əla görmə qabilliyəti əldə edirsiniz,eyni zamanda sizə bir neçə cüt eynəyə malik olmaya da bilərsiz. Eyni eynəklə Siz sənədlərə baxa, kompyuterdə işləyə, insanlarla ünsiyyətdə ola , teatra gedə və s. edə bilərsiniz.
· Bifokal və trifokal eynəklərdən fərqli olaraq, baxışı uzaqdakı predmedən yaxına keçirdikdə təsvirin sərt “keçidi” yoxdur, beləki proqressiv linzalarda optik güc tədricən dəyişilir.
Zahiri görünüşünə görə proqressiv linzalar monofokal linzalardan fərqlənmir, ona görə də daha estetik görünür və bifokal linzalardan fərqli olaraq heç vaxt sizin yaşınızı göstərməz, çünki axırıncılarda uzaq və yaxın üçün seqmentlərin sərhədləri kənarda göünür.
· Proqressiv eynək linzaları istənilən növ materialdan hazırlana bilərlər: polikarbonat daxil edilməklə həm şüşə, həm də plastikdan. Proqressiv linza istehsal edən şirkətlərin çoxu müxtəlif məqsədli və müxtəlif qiymətlərdə geniş qrup linzalar təklif edirlər. Yüksək göstəricili, asferik dizaynlı linzalar və digər Proqressiv linzalı fotoxrom eynək sifariş vermək olar.
·Bütün məsafələrdə görmə üçün nəzərdə tutulmuş uniersal proqressiv linzalardan əlavə müəyyən məqsədlər üçün ,məsələn, ofis şəraiti və ya qolf oyunu üçün nəzərdə tutulmuş xüsusi proqressiv eynəklər mövcuddur. Universal linzalardan fərqli olaraq, burada yuxarı zona daha yaxın məsafə üçün nəzərdə tutulub, bunun sayəsində də istifadəçini lazımi, komfortlu yüksək görmə qabiliyyəti ilə təmin edən inkişaf dəhlizi xeyli genişlənir.
İstifadəçilər proqressiv linzaların ən əhəmiyyətli çatışmazlığını aralıq məsafələrdə görmənin dar zonasını və periferik təhrifi hesab edirlər. Məhz bu xüsusiyyətlər proqressiv eynəklərə öyrəşmək üçün müəyyən vaxt tələb edir. Lakin son illər yan təhriflərin daha yavaş böyüməsi ərzində inkişaf dəhlizinin eninin genişlənməsi məqsədilə proqressiv linzaların dizaynında daimi mükəmmələşdirmə işləri görülürdü. Bu uyğunlaşmanı olduqca asanlaşdırır. Təcrübəsiz istifadəçilər predmetin inkişaf dəhlizi zonasına "düşməsi" üçün həmişə başıı baxan obyekt tərəfə çevirməyə alışmalıdırlar. Bir qayda olaraq, istifadəçilər çox tez bir zamanda proqressiv eynəklərin istifadə xüsusiyyətlərinə alışır və onlardan adi eynək kimi istifadə edirlər.
Eynək linzalarının örtükləri
Antiblik,cızıqlara davamlı və ya sizin gözlərinizi günəşin zərərli şüalarından qoruyan - eynək linzalarının müasir örtükləri istənilən problemin həll etməsini deyə bilərik.
Fotoxromik linzalar
Fotoxromik linzalar bağlı ərazilərdə tamamilə şəffafdır və gün işığında avtomatik tündləşir. Bu öz növbəsində müxtəlif işıqlandırma şəraitində rahatlıq yaradır.
Kontakt linzalar.
İndiki dövrdə Rusiyada gözün kontaktlı korreksiyası inkişafın ən pik nöqtəsindədir.Kontakt linzalar istifadədə asan və dönməz təsir və bir sıra fəsadlara malik olan refraksion əməliyyatlara alternativ ola bilər. Kontakt linzalar öz istifadəçilərinə təkcə eynəkli korreksiyadan istifadə ilə müqayisədə bir sıra üstünlüklər verir, belə ki, kontakt linza və göz bir optik sistem əmələ gətirirlər, bununla da, yüksək görmə qabiliyyətinə nail olunur. Korreksiyanın bu növü idmançılar və digər ixtisaslar üçün ( eynəyin narahat verən yerdə istifadə edilməsi, həm də müəyyən çətinliklər törətməsi) olduqca rahatdır . Gözlər arasında görmə fərqi böyük olduqda da məhz kontakt linzalardan istifadə rahatdır, belə ki, eynəklərdə böyük fərq pis keçirilir və eynəkdən istifadə zamanı ümumi rahatlığa təsir edir ki, bəzən onları atmağa məcbur edib əməliyyata gətirib çıxarır.
İstifadə olunan materiallara əsasən 3 növ kontakt linzalar ayırd edilir:
Bugünkü gündə yumşaq linzalar daha çox məşhurdur. Linzada yüksək su saxlama xüsusiyyətli jelatinvari hidrogel və silikon-hidrogel polimerlərdən hazırlanır.
Sərt qazkeçirici linzalar silikon əsaslı materiallardan hazırlanır və oksigen üçün ən yüksək keçirilik göstəricisinə malikdir. Onlar presbiopiya və astiqmatizmin yüksək dərəcəsinin korreksiyası üçün xüsusilə əlverişlidirlər.
Yumşaq linzaların planlı şəkildə dəyişən növləri var:
Gündəlik dəyişən linzalar— bir gün istifadədən sonra
Tez - tez dəyişən— istifadə müddəti 1-2 həftə
Planlı dəyişmə — linzaların ayda bir dəfə və ya bir neçe ayda bir dəfə dəyişməsi
Ənənəvi - yumşaq linzaların istifadə müddəti - yarım il və daha çox
Sferik kontakt linzalar: miopiya və hipermetropiya korreksiyası üçün nəzərdə tutulub.
Bifokal kontakt linzalar: 2 zonaya malikdir - yaxın və uzağı görmə, presbiopiya korreksiyası üçün nəzərdə tutulub.
Ortokeratoloji kontakt linzalar: yuxu zamanı istifadə üçün nəzərdə tutulub. Onlardan istifadə prinsipi - gün ərzində linzadan istifadə etməmək imkanı yaradan buynuz qişasının formasının dəyişməsi.
Torik kontakt linzalar: astiqmatizmin korreksiyası üçün istifadə olunur.
Kontakt linzalara qulluq - təmizlənmə, dezinfeksiya və saxlanması əvvəlkindən daha asan olmuşdur.
Bugün insanların çoxu linzalara qulluq üçün "çox məqsədli" həlli yollardan istifadə edə bilərlər - bu o deməkdir ki, bir məhsul həm təmizləyib dezinfeksiya edir, həm də , saxlanılmasında istifadə olunur. Yumşaq linzalara qulluğun sərt kontakt linzalara qulluqdan fərqləndirici xüsuaiyyətləri vardır .
Əlbəttə , Sİz birdəfəlik kontakt linzaları seçməklə özünüzü tamamilə onlara qulluqdan xilas edə bilərsiniz.