info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Oftalmologiya

-------------------------------

Görməyə görə məsul olan hiss orqanı  - göz insanın ən mükəmməl hissidir.

Oftalmologiya  göz və gözün əlavə aparatının xəstəlikləri, onun diaqnostika, müalicə və profilaktikasını əhatə edən tibbin istiqamətlərindən biridir. İnsan görmə orqanı vasitəsilə 80%-dən 90%-ə qədər informasiyanı qəbul edir. Göz xəstəlikləri xəstənin həyat keyfiyyətini aşağı salaraq və onun imkanlarını məhdudlaşdıraraq, anadangəlmə və ya qazanılmış xarakterli ola bilər.

Əgər sizdə görmə qabiliyyəti pisləşibsə, narahatlılıq, sulanma, quruluq hissi, "çirklənmə", bulanıqlıq və göz qarşısında "mushki" əmələ gəlibsə, o halda bu oftalmoloqa müraciət etmək səbəbidir. Həkimə vaxtında müraciət, göz xəstəliklərinin diaqnostika və müalicəsi çox vaxt xəstələrdə yüksək həyat keyfiyyətini və komfortu təmin etmək üçün vacib olan  görmə qabiliyyətini qoruyub saxlamaq imkanı verir. “Dobromed” klinikasının təcrübəli mütəxəssisləri göz alması, konyuktivit, göz yaş orqanları, göz qapağı və tor qişası xəstəliklərinin geniş spektri ilə xəstələrin qəbulunu təşkil edir.

Bizim mütəxəssislərin aşağıdakı xəstəliklərin diaqnoz və müalicəsinə dair geniş təcrübəsi var:

  • Gözün iltihabi xəstəlikləri (konyuktivit, blefarit, iridosiklit, keratit və s.)
  • "Quru göz" sindromu (SSG)
  • Kompyuter sindromu
  • Uveit
  • Qlaukoma
  • Katarakta
  • Miopiya
  • Hiperopiya
  • Astiqmatizm
  • Diabetik angioretinopasia (lazer koaqulyasiyası)
  • Yaşla bağlı makulyar degenerasiya
  • Gözün tor qişasının sinir xəstəlikləri (tor qişa mərkəzi arteriyasının oklyuziyası, tor qişa əzələ trombozu)
  •  Tor qişanın yerli qopması
  • Hipertenziya fonunda angiopatiya
  • Gözdə kənar cisim
  • Tor qişanın qırılması və periferik xorioretinal distrofiya

Bizim klinikada aşağıdakı xidmətlər göstərilir:

  • Görmə itiliyinin tədqiqi
  • Avtorefraktometriya
  • Maklakov üsulu ilə gözdaxili təzyiqin ölçülməsi
  • Gözün ön kəsiyinin biomikroskopiyası
  • Qoldman linzası vasitəsilə göz dibinə baxış
  • Qonioskopiya
  • Rabkin cədvəli üzrə rəng hissiyatının müəyyənləşməsi
  • Mürəkkəb və sadə eynək seçimi

Lazer cərrahiyyəsi:

  • Proliferativ diabetik retinopatiyada panretinal lazer koaqulyasiyası (4-6 seans).
  • Proliferativ diabetik retinopatiyada əlavə lazer koaqulyasiyası.
  • Diabetik makulyar şişdə lazer koaqulyasiyası.
  • Panretinal lazer koaqulyasiyası  postrombotik retinopatiya olduqda.
  • Post-trombotik retinopatiyasda əlavə lazer koaqulyasiyası.
  • Tor qişasının periferik distrofiyasında tor qişa qırılmasının məhdudlaşdırıcı lazer koaqulyasiyası.
  • Retinoşizis zamanı məhdudlaşdırıcı lazer koaqulyasiyası.
  • Sektor lazer koaqulyasiyası ( damar patologiyası olduğu halda).
XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK