info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Terapevt

Həkim teraevt - soyuqdəymə və ya ümumi narahatlıq olduğu halda ən birinci müraciət etməli olduğumuz həkimdir.Əgər sizdə öskürək və soyuqdəymə varsa, ürəyiniz ağrıyırsa və nəfəs almaq çətindirsə - siz ya evə həkim çağırır, ya da  terapevtin qəbuluna gedirsiniz.

Həkim terapevt  sizin şikayətlərinizi diqqətlə dinləməklə yanaşı ,  sizin nəfəs və ürəyinizə də qulaq asacaq. Adətən, həkim terapevtin qəbulu  müəyyən saatlarda baş verir.

Terapevtin konsultasiyası sizə hissiyyatınız,  simptom və şikayətlərinizin aydınlaşmasına kömək edəcək. Həqiqi səbəb olduğu halda, sizə müəyyən  ixtisaslaşmış həkimdə konsultasiya keçmək və müayinə olunmaq təklif olunacaq. Məsələn, əgər sizin ürək fəaliyyəti ilə bağlı şikayətiniz varsa, həkim-kardioloq tərəfindən EKQ edilməsi mütləqdir.

Nəfəs orqanları və  daxili orqanların fəaliyyəti ilə bağlı şikayətlərlə ilk növbədə terapevtə müraciət edirlər. Müayinə və analizlərin verilməsindən sonra sizə müvafiq orqanların ultrasəs müayinəsi təyin oluna bilər. Əgər siz halsızlıq, başgicəllənmə hallarından şikayət edirsizsə, bu xəstəlik deyil, yorğunluğun nəticəsi də ola bilər. Lakin bunu yalnız həkim müəyyən edə bilər.

Təcrübənin göstərdiyi kimi, terapevtə qəbuluna yazılma qış aylarında, soyuqdəymə təhlükəsi artdıqca çoxalır. Buna görə təsadüfi deyil ki, həkimlər xəstəliklərdən qorunmaq məqsədilə peyvəndlərdən keçməyi məsləhət görür. Bundan başqa, mövsümlərarası dövrdə bir kurs vitamin preparatlarını qəbul etmək faydalıdır. Qan analizi həkimə sizdə çatışmayan vitamin və mikroelementlər haqqında məlumat verə bilər  ,bununla da həkim sizə məsələn,  monovitaminlər təyin edə bilər.