info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

PARAGON SQL kontakt  linzalarının istifadə qaydası.

Kontakt linzalar buynuz qişanın refraksion müalicəsi (BRM) üçün yalnız ixtisaslaşmış həkim tərəfindən təyin olunur.

Linzalar steril deyil.İstifadədən əvvəl yumaq və təmizləmək lazımdır.

-------------------------------

PARAGON SQL kontakt  linzalarının istifadə qaydası.

Kontakt linzalar buynuz qişanın refraksion müalicəsi (BRM) üçün yalnız ixtisaslaşmış həkim tərəfindən təyin olunur.

Linzalar steril deyil.İstifadədən əvvəl yumaq və təmizləmək lazımdır.

Material və qablaşdırılma

Paragon kontakt linzaları Paragon HDS(R)100 (paflyukonD) - dən hazırlanmışdır. Refraksion müalicəsi üçün nəzərdə tutulan bu linzalar gecə istifadəsi üçündür. Linzalar  tərkibində suyun miqdarı 1% dan az olan unikal termostabil fluorosilikon akrilatdan hazırlanıb.

Hər bir linza qeyri-steril, individual plastik qabda ,quru halda olur. Konteyner və linzanın özünün individual markirovkası var.Bu markirovka linzanın optik gücünü,diametrini,dönmə dərinliyini və seriya  nömrəsini göstərir.Linza quru halda,bağlı konteynerdə uzun müddət qala  bilər.

GÖSTƏRİŞ

PARAGON sərt qazkeçirən linzalar (SQL) başqa patologiyası olmayan gözün miopik (mənfi), hipermetropik (müsbət), astiqmatik dəyişikliklərinin korreksiyası üçün nəzərdə tutulub.

Linzalar refraksion müalicəsi zamanı miopiyanın -6,0D-dək, astiqmatizmin -3D-dək, hipermetropiyanin + 3D olan göstəricilərində istifadə olunur.

DİQQƏT: Terapiyanın effektini saxlamaq üçün linzaları yalnız gecə vaxtı taxmaq lazımdır. Rejimin pozulması gözün görməitiliyinin aşağı düşməsinə və müalicənin effektliyinə mənfi təsir edə bilər.

Məsləhət görülən rejim

  • Pasient özünü linza ilə rahat hiss etsə də linzanın fasiləsiz taxılmasında məhdudiyyət olmalıdır.
  • İdeal variant ilk dəfə linzanı bütün gecə boyu taxmaqdır.
  • Düzgün seçilmiş linza qapalı gözdə mərkəzdə fiksasiya olmalıdır.
  • Göz açıq olanda qırpma və ağırlıq gücü linzanın mərkəzdən qaçmasına səbəb ola bilər.
  • Linzanı yatmazdan 15 dəqiqə əvvəl taxmaq lazımdır.

Xəstə xəbərdar olmalıdır ki, şüphəli halda linza çıxarılmalıdır. Linzadan yeni istifadə edən xəstələr gözdə yad cisim hissiyatı olarsa linzanı çıxarmalı,yumalı və yenidən taxmalıdırlar. Əgər xoşagəlməz hissiyat davam edərsə linza çıxarılmalıdır.

Vacibdi. Pasientlərə birinci gecə linza istifadə etdikdən sonra kontrol müayinə məsləhət görülür. Müayinə səhər saatlarına təyin edilir. Pasient linzalari çıxarmadan müayinəyə gəlməlidir. Bu müayinə linzaların  düzgün yerləşməsini və potensial effektini yoxlamağa imkan verir.

Ağırlaşma və əks-göstəriş yoxdursa, pasientə gecə linzaların taxılma rejimi və gələcək müayinə haqqinda məlumat verilməlidir. İndividual rejimin hazırlamasında məqsəd miopiyanın korreksiyası üçün lazım olan minimal vaxtı təyin etməkdir. Bu 8-10 saatdır. Çalışın təyin olunan rejimə riayət edəsiz.

İstənilən nəticə əldə edildikdən sonra linzaları  günaşırı taxmağa keçmək olar. Linzaların taxılması arasindakı fasiləni pasientin görmə itiliyi saxlandığı istənilən vaxtadək uzatmaq olar.

DİQQƏT

  • Linzaların taxılma rejimini ancaq həkim dəyişə bilər.
  • Linzalara düzgün qulluq onun uzunmüddətli və təhlükəsiz istifadə qarantiyasıdır.
  • Linzalar təmiz saxlanmalıdır.
  • Linza taxarkən əllər təmiz olmalıdır.

Əllərin təmizlənməsi:

  • Həmişə əlləri neytral sabunla yuyun, təmiz su ilə quruladıqdan sonra tam silin.
  • Kosmetik losyon, krem tərkibli sabun istifadə etməyin. Bu maddələr linzanın səthinə təsir göstərir və qazkeçiriciliyini poza bilər.
  • Linzaların zədələnməməsi üçün barmaq yastıqlarından istifadə edin,dırnaqla linzaya toxunmayın.

Linzanın taxılması

Hər zaman təmiz salfet örtülmüş stolda işləyin.

Sağ linzanın taxılması

  • Linzanı taxmazdan əvvəl  özə məsləhət olunan  nəmləndiricidən 2 damcı tökün.(göz yaşı,komfort damcısı,blupan,xiloial və s.)
  • Sağ  əlin göstərici barmağının ucunu linza üçün mayeyə batırın,linzanın ön səthini barmağın ucuna yerləşdirin.
  • Sol əl ilə sağ gözün üst qapağını yuxarı qaldırın.
  • Sağ əl ilə sağ gözün aşağı  qapağını aşağı çəkin.
  • Güzgüyə baxın.
  • Göstərici barmağı  ehtiyatla gözə yaxınlaşdırın ,linza buynuz qişaya  toxunduqda göz qapaqlarını buraxın.
  • Bir neçə saniyə gözü bağlı saxlayın.

Eyni hərəkətləri sol göz üçün təkrarlayın.

Linzanın çıxarılması.

  • Həmişə eyni linzanı ilkin olaraq çıxarın.
  • Linzanı çıxarmazdan  əvvəl gözə məsləhət olunan 2 damcı nəmləndirici tökün.
  • Sağ göstərici barmağı  gözün xarici bucağına qoyun.
  • Sol əli sağ gözün qabağında saxlayın.
  • Gözləri böyük açın, gözün xarici bucağını dartın.
  • Tez gözünüzü qırpın. Linza sol ələ düşəcək.

Eyni hərəkətləri sol göz üçün təkrarlayın.

DİQQƏT

-Linzanın uzunmüddətli və təhlükəsiz istifadəsı üçün həkimin müntəzəm kontrolu  vacibdir.

-Kontrol müayinənin  məsləhət görülən qrafikinə əməl edin.

-Bir ildən artıq linzanı istifadə etmək olmaz.

-İmkan dairəsində kəskin buxarlanma aerazollardan (linza isdifadəsi zamanı) uzaq olun.

-Nadir hallarda linza skleraya yerini dəyişə bilər. Bu halda linzanı tapıb yerinə fiksasiya edin.

Linzalara qulluq

Linzalar təmizlənməli və dezinfeksiya olunmalıdır. Linzalara düzgün qulluq etmədikdə gözdə iltihabi və infeksion ağırlaşmalar ola bilər

- Linza isdifadə etməzdən əvvəl əlləri təmiz yuyun və qurulayın.

-Linzalara qulluq üçün yeni məhluldan isdifadə edin.

-Linzaları isitmək olmaz.

-Linzaları sıra ilə qulluq edin.Əvvəl sağ sonra sol gözün linzasını təmizləyin.

-Linzanı ovucunuzun içərisinə qoyun.Barmağınızı məhlulla nəmləndirin,kiçik dairəvi hərəkətlərlə linzanı təmizləyin.

-Linzanı təmiz məhlulla yuyun,təmiz məhlul olan konteynerə qoyun.Konteyneri bağlayın.

DİQQƏT Konteyneri həmişə təmiz saxlayın. Boş konteyneri məsləhət görülən məhlulla yuyub, qurulayın.

Linzaları nə vaxt istifadə etmək olmaz?

-Gözün kəskin infeksion xəstəlikləri  zamanı.

-Buynuz qışada dəyişiklik yaradan istənilən xəstəlik.

-Göz yaşı ifrazının azalması.

-Linzalara qulluq üçün  istifadə olunan məhlula allergiya.

-Gözün qızarması,qıcıqlanması.

Yuxardakı hallardan hər hansı biri müşahidə olunan kimi linzalar çıxarılmalıdır.

-Diskomfort keçdikdən sonra linzaları incələyin.Tamlığı pozulubsaistifadə etməyin.

-Əgər linza çirklənibsə təmizlənməlidir.

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK