info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

1) Buynuz  qişanın  Refraksion  Müalicəsi (B.R.M.)  nədir?

Buynuz qişanın refraksion müalicəsi – buynuz qişanın əyriliyinin və optik qüvvəsinin qeyri – cərrahi yolla dəyişməklə görmə itiliyinin bərpasıdır (korreksiyasıdır). Bu proses siz yatarkən baş verir. Yatmazdan əvvəl linzaları taxırsız, səhər (yuxudan oyanandan sonra) çıxarırsız və gün ərzində (24-48 saat) eynəksiz,linzasız əla görürsüz.

-------------------------------

1) Buynuz  qişanın  Refraksion  Müalicəsi (B.R.M.)  nədir?

Buynuz qişanın refraksion müalicəsi – buynuz qişanın əyriliyinin və optik qüvvəsinin qeyri – cərrahi yolla dəyişməklə görmə itiliyinin bərpasıdır (korreksiyasıdır). Bu proses siz yatarkən baş verir. Yatmazdan əvvəl linzaları taxırsız, səhər (yuxudan oyanandan sonra) çıxarırsız və gün ərzində (24-48 saat) eynəksiz,linzasız əla görürsüz.

2) Buynuz qişanın Refraksion Müalicəsi neçə ildir mövcuddur?

Kontakt linza ilə buynuz qişanın əyriliyinin dəyişdirilməsi ideyası keçən əsrin 60-cı illərində yaranıb. Ancaq müasirqazkeçirən polimerlərin yaranması ilə müasir lazer texnologiyası bu linzaların yaranmasına imkan verdi.

3) Paragon linzalar nədir?

Paragon SQL (sərt qazkeçirən linnza) - bu buynuz qişanı yuxu zamanı refraksion korreksiya edən xüsusi oksigen keçirən terapevtik kontakt linzalardır.

4) Hər kəs bu linzalardan istifadə  edə bilər?

Bu linzalar miopiyası (-) 0.5D-dən (-) 7.0D-dək, astiqmatizmi isə (-) 1.75D-dən (-) 3.0D-dək və hipermetropiyası (+) 3.0D-dək olan xəstələrdə effektlidir.

Yaş məhdudiyyəti yoxdur.

5) Hansı yaşdan gecə linzalarını taxmaq olar?

6 yaşdan yuxarı  istifadəyə icazə verilir (ABŞ, Avropa Birliyi, Rusiya). Refraksion terapiya miopiyanın inkişafının qarşısını aldıgı üçün, onun erkən vaxtlardan istifadəsi daha məqsədə uyğundur.

6) Bu üsulla miopiyanı müalicə etmək  olar?

Müasir dövrdə B.R.M. – yeganə metoddur ki, onun inkişafının qarşısını alır, akkamodasiyanın spazmını aradan qaldırır.

7) B.R.M. effekti daimidir?

Xeyr! Effekt müvəqqətidir. Əgər linzanın istifadəsi dayandırılsa 72 saat ərzində əvvəlki görmə itiliyi qaytarılır. Siz eynək və ya kontakt linza təkrar taxa bilərsiz və ya istənilən vaxt lazer korreksiyası keçirə bilərsiz.

 

8) Effekti nə qədər vaxta görməliyəm?

Pasientlərin əksəriyəti bir-iki gün ərzində görmənin yaxşılaşdığını hiss edirlər, 1-2 həftə sonra görmə tamam yaxşılaşır.

9) Paragon linzalarını taxan vaxt görə bilərəm?

Bu linzaların üstünlüyü ondadır ki, onları həm taxarkən, həm də çıxardıqdan sonra yaxşı görə bilərsiz.

10) Gecə linzanın taxmağa əks göstəriş varmı ?

Əks göstərişlər yumşaq linzaların istifadəsində olduğu kimidir - yəni buynuz qişanın iltihabi və distrofik xəstəlikləri.

11) Gecə linzalarının istifadəsi zamanı hansı ağırlaşmalar ola bilər?

Çox az hallarda gözdə quruluq , buynuz qişanın epitelisində ödem ola bilər. İnfeksion agırlaşmalar çox nadir hallarda baş verir.

12) Hansı tezlikdə linzalar dəyişdirilməlidır?

İldə 1 dəfə (12-14 aydan sonra).

13) Onlara necə qulluq etməliyəm?

Hər dəfə istifadədən sonra linzalar təmizlənməlidir. Həkim – oftalmoloq hansı qulluq qaydasının sizə uyğun olduğunu məsləhət verə bilər. Bizim hər pasietimiz tam məlumət və yaddaşlari çap olmuş şəkildə alir.

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK