info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

“AMT klinika” geniş profilli tibb mərkəzinin iş prinsipi hər bir müştəriyyə hərtərəfli, qayğıkeş, eyni zamanda yüksək peşəkar xidmət göstərməkdir.

         “AMT klinikanın”  əməkdaşları rusiya və aparıcı xarici klinikalarda  təkmilləşmə kursları və staj artırma öz bilik və təcrübələrini artırırlar.

          Bizim şuarımız  “Gələcəyə saglam bə parlaq baxış”. Əsas düzgün seçim edərək gözlərinizi yüksək peşəkarlara etibar etməkdir.

    1. Göz xəstəliklərinin müalicəsini və diaqnostikasını beynəlxalq standartlarına uyğun olaraq, yüksək səviyyəli oftalmoloji xidmətlər göstərilir.

      Klinikamız müxtəlif çeşidli yüksəktexnoloji oftalmoloji xidmətlər göstərir, o cümlədən də gözün lazer korreksiyası, uşaq göz xəstəliklərini, mirvari suyun ultrasəs fakoemulsifikasiyasi, göz niçasının və qlaukomanın cərahiyyə yolu ilə müalicəsi.  Biz göz xəstəliklərini ən müasir metodikalar və yüksək texnoloji avadanlıqların köməyi ilə müalicə edirik.

      Üstünlük ondadır ki, heç yerə getmədən  siz diaqnostikanı keçərək görmənizi  bərpa edə bilərsiniz.

     Klinikada tanınmış oftalmoloq, lazer cərrahı, 35000 çox  lazer və mikrocərrahiyyə əməliyyatları aparmış, Moskva şəhərinin ən yaxşı klinikasinın 15 ildən artıq rəhbəri olan tibb elmləri doktoru Tahir Cəfərli işləyir. Doktor Tahir Cəfərli astiqmatizm və qlaukomanın  müasir müalicəsi ilə bağlı yeni müalicə üsullarına görə Moskva şəhərinin 2 qrantı ilə təltif olunmuşdur, bir çox elmi işlərin və RF üzrə patentlərin müəllifidir, Amerika oftalmoloji akademiyasının üzvü, Avropa refraksiya və kataraktal cərrahlar cəmiyyətinin üzvü, Rusiya tibbi-texniki elmlər akademiyasının müxbir üzvüdür.  

   “AMT- klinika”  ehtiyacı olan bütün insanlara  oftalmoloji yardım göstərir. Bunun üçün bizdə müasir texniki imkanlar, effektiv üsullar, təcrübə və peşəkarlıq var

 Əgər Sizdə  yaxından görmə, astiqmatizm və uzağdan görmə varsa bu problemləri “AMT klinikada” aradan götürmək mümkündür. Siz görməyinizi yaxşılaşdıra bilərsiniz və gözün lazer korreksiya, fakik premium klass linzaların implantasiyası vasitəsilə həmişəlik eynəklərdən və optik linzalardan imtina edə bilərsiniz.

            Əgər Siz vaxtınızı kompüter arxasında keçirirsinizsə , sizin gözləriniz qızarır və ağrıyırsa biz sizə bunun nə üçün belə olduğunu  və  bu cür problemlərlə necə mübarizə aparmaq lazım olduğunu izah edərik.

          Bu gün “AMT klinikada” aparılan müasir diagnostika tək  görmənin cədvəllər üzrə yoxlanılması ilə kifayətlənmir və katarakta korluğa gətirən, çıxılmaz vəziyyət kimi qəbul edilmir.           Əgər Sizin  uşaqlarınızın görməsi zəifləyirsə və yaxud çəpgözlük yaranıbsa bu zaman biz məsləhətlərimizlə sizə kömək edə bilərik.

          Əgər Siz səbirsizliklə körpənizin həyata gəlməsini gözləyirsinizsə, o zaman hamiləlik zamanı görmə qabiliyyətinin zəifləməməsi haqqında məlumatlı olmanız yaxşı olar. Eyni zamanda , Siz gələcək körpənin görməsinin necə inkişaf etməsi və bunun üçün hansı profilaktik işlərin aparılması haqqında məlumat əldə edə bilərsiniz. 

          Əgər sizin valideyinlərinizə katarakta (mirvari suyu) diaqnozu goyulubsa biz onlara kömək göstərərik. Bu zaman Siz vaxt aparan qulluq, xəstəxanalara yorucu gündəlik gediş gəlişdən   azad olaraq bir neçə saat tələb edən müalicə yolu ilə onları kataraktadan azad edə bilərsiniz.        

          Biz digər, daha ciddi diaqnozlarda: glaukoma (gara su),  göz nişaının distrofiyası zamanı da yardım göstəririk. Itirilməsi müxtəlif səbəblərdən ola bilər. Görmə imkanlarının  Hər halda, müasir ciddi müalicə aparılmadan bu xəstəliklər görmə imkanlarının itirilməsinə gətirə bilər. Bu səbəbdən müalicəni təxirə salmayın!

   

  2. “AMT klinikada” poliklinika şöbəsi fəaliyyət göstərir. Bizim məsləhətçilər tibb elminin müxtəlif sahələrində tanınmış elmlər doktorları, professorlar ən çətin klinik problemlərin həll olunmasına köməklik edirlər. Bu gün “AMT klinikada” kardiologiya, terapiya,endokrinologiya, LOR, daxili orqanların və damarların USM-i və digər konsultativ-müalicəvi xidmətlər göstərilir. Gələcəkdə bu xidmətlərin daha geniş spektorda aparılması gözlənilir.

  3. AMT-klinikanın Laborator müayinələri çox geniş spektorda aparılır: 250-dən yuxarı qanın laborator müayinəsi, məlum olan infeksiyaların dəqiq diaqnostikası. Bizim laboratoriyamız Avropanın və ABŞ-ın aparicı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunmuşdur,  burada keyfiyyətə çox səviyyəli nəzarət sisteminin tədbiq olunması klinikada aparılan tibbi tədqiqatların düzgün və etibarlı olmasına zəmanət verir

            Mehriban və qayğıkeş kollektiv, təcrübəli və peşəkar həkimlər Bakıda “AMT klinikada”  yolunuzu gözləyirlər.

 Klinikada USM, LOR, DOPPLER və digər poliklinik sahələrdə fəaliyyət göstərir. 

XİDMƏTLƏRİMİZ
FOTOQALEREYA
FACEBOOK