Yadda saxlamaq vacibdir ki, profilaktika müalicə ilə müqayisədə həmişə daha effektiv və sadədir, lakin ürək-damar sistemi ilə istənilən problem olduğu halda, onun kifayət qədər effektiv həlli yolları mövcuddur.
Ürək xəstəliyinin ilk əlamətlərində dərhal kardioloqa müraciət etmək lazımdır, beləki bütün ürək xəstəlikləri vaxtında və yalnız mütəxəssislər tərəfindən müalicə olunmalıdır.
Xəstəliklərin müalicəsi: ürək aritmiyası, arterial hipotenziya, arterial hipertoniya, ateroskleroz, miokard infarktı, ürəyin işemik xəstəliyi, kardialgiya,kardioskleroz, miokardit, qan dövranı çatışmazlığı, neyrosilkulyar distoniya, perikardit, ürək xəstəliyi, ürək çatışmazlığı, damar çatışmazlığı, damar böhranı, stenokardiya, endokardit, hipotoniya.
Kardioloqa müraciəti zəruri edən simptomlar: Yüksək qan təzyiqi, ürəkdə ritm pozulması, ürək ətrafı nahiyyədə ağrıdan şikayət, sinədə şiddətli ağrılar, ürək döyüntüsünün tezləşməsi, nizamsız ürək fəaliyyəti.
Ürək-damar xəstəliyinin inkişafının risk faktorlarına aiddir: yüksək qan təzyiqi (kişilər > 55 yaş, qadınlar > 65 yaş), qanda lipid (xolesterin) balansının yüksəlməsi və ya pozulması, qanda qlükoza (şəkər) səviyyəsinin artması, erkən ürək-damar xəstəliyinin ailə tarixiсемейный (kişilər < 55 yaş, qadınlar < 65 yaş), piylənmə (qarın ətrafı kişilərdə> 94 sm, qadınlarda> 80 sm), yemək vərdişləri; siqaret çəkmək; fiziki fəaliyyət çatışmazlığı və ya orqanizmin adaptasiya imkanını aşan fiziki yük; spirtli içkinin hədsiz qəbulu; şah damar xəstəliyinin yaranmasına səbəb olan davranışlar.
Kardiologiya - ürək-damar xəstəlikərinin struktur və funksiyalarını öyrənən, həmçinin, onların diaqnoz,müalicə,reabilitasiya və profilaktika üsullarını işləyib hazırlayan tibbin bir sahəsidir. Kardioloq - həkim, kadiologiya üzrə mütəxəssisdir.Sağlam olun!