info@amt-klinika.com, amtklinika@mail.ru
(+994 12) 596 52 55, (+994 12) 596 53 55, (+994 55) 400 52 55

Tibb baxımından ultrasəs müayinə ən gənc diaqnostik üsuldur. Ultrasəsdən diaqnostika məqsədilə istifadə cəhdləri 20-ci əsrin 30-cu illərin əvvəllərinə təsadüf edir. Amma o vaxtlarda tibb sahəsində əhəmiyyətli nəticələr əldə edilməmişdir.

Lakin ultrasəs hərbiçilər tərəfindən sualtı axtarışlar üçün çox uğurla istifadə olunurdu. Çox güman ki, məhz hərbi sayəsində USM üsulu geniş yayılmışdır. Yalnız həkimlər ümidlərini kəsmir  və 50-ci illərin ortaları xəstənin ilk uğurlu ultrasəs müayinəsi keçirilmişdir.

USM  digər diaqnostika üsulları ilə müqayisədə bir neçə mühüm üstünlüklərə malikdir:

  • - USM müayinə olunan orqanın görünüşü, forması və ölçüsü haqqında məlumat almağa imkan verir,
  • - USM praktiki hazırlıq tələb etməyən çox rahat prosedur hesab olunur,
  • -bugünki gündə USM apparatı olmayan çox az yaşayış məntəqələri və xəstəxanalara rast gəlinir. Ultrasəsin köməyilə aparılan  müayinəs  insan həyatı üçün təhlükəsizdir,
  • -Ultrasəs müayinəsi zamanı  xəstədə heç bir xoşagəlməz hisslər yaranmır.
  •  

Bundan başqa, ultrasəs müayinəsinin mübahisəsiz üstünlüyü onun real vaxtda keçirilməsidir. Nəticələri əldə etmək üçün 10 dəqiqə belə gözləmək lazım gəlmir. Siz dərhal vəziyyətinizi əks etdirən təsvir əldə edə bilərsiniz. Bundan başqa, prosedur vaxtı həkim lazımi orqanı dəqiq görə bilmədiyi halda, o görünüşü nizamlayır və hər halda nəticə alır.

Ultrasəs müayinə üsulunun əsasında sağ toxumalara nüfusetmə bacarığı dayanır.  Ultrasəs dalğası müxtəlif toxumalardan fəqli sürətləri əks etdirərək keçir. Cihaz əks ultrasəsi tutaraq, xüsusi sensor ilə təchiz olunub və əldə olunan məlumat əsasında təsvir yaradır. Bu ikiölçülü USM iş prinsipidir.

Bugün üçölçülü görüntü də əldə etmək imkanı var. Üçölçülü müayinə həmçinin təhlükəsizdir və adi ultrasəs müayinəsinin bütün üstünlüklərinə malikdir. Fərq yalnız ondan ibarətdir ki, orqanın və ya körpənin şəkli deyil, rəqəmsal daşıyıcıya yazılmış bir film əldə etmək mümkündür. Ultrasəsdə istifadə olunan müasir apparatlar o dərəcədə mükəmməldir ki, yalnız sizin daxili orqanlarınızı göstərməklə kifayətlənmir. Doppler adlanan apparatın köməyilə sizin damarlarınızın müayinəsini belə aparmaq olar. Dopplerografiyada qanın damarlar üzrə hərəkət sürəti qeydə alınır.


Bu professor Dopplerin kəşfi nəticəsində hələ 19-cu əsrin ortalarında mümkün olmuşdur. O, hərəkət edən obyektdən  əks olunan ultrasəsin öz fiziki parametrlərini dəyişməsini aşkar etmişdir. Ultrasəsin ilkin və yekun xüsusiyyətləri arasındakı fərqi cihaz hazırlayır və nəticəni  grafik görüntü şəklində monitorda əks etdirir.

Bu cür ultrasəs müayinə üsulu müxtəlif damar problemlərinin diaqnostikasında ,habelə, bətndəki dölün vəziyyətinə nəzarətdə çox effektivdir. Bəzi hallarda bu çox vacib olur və doppler-müayinənin köməyilə uşaqda oksigen çatışmazlığı müşahidə olduğu halda,  hətta daha erkən doğuş tarixi təyin olunur.